Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 yanvar 2023-cü il tarixli Sərəncamı ilə Samux Rayon Məhkəməsinə hakim vəzifəsinə təyin edilən Kərimova Tərifə Əbülfət qızının Samux Rayon İcra Hakimiyyətinin inzibati binasında təqdimat mərasimi keçirildi.

19 yanvar 2023 | 17:13
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 yanvar 2023-cü il tarixli Sərəncamı ilə Samux Rayon Məhkəməsinə hakim vəzifəsinə təyin edilən Kərimova Tərifə Əbülfət qızının Samux Rayon İcra Hakimiyyətinin inzibati binasında təqdimat mərasimi keçirildi. Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev, Samux Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev Tərifə xanım Kərimovaya yeni işində uğurlar arzulayaraq, şərəfli hakim peşəsində daim ədalətli olmağı tövsiyə etdi.
Daha sonra çıxış edən Samux Rayon Məhkəməsinin sədri Gündüz Şirinov da çıxışında Tərifə Kərimovanın uzun illər ərzində məhkəmə sistemində çalışdığını, qazandığı təcrübənin hakim kimi iş fəaliyyətində müsbət rol oynayacağını bildirdi.
Hakim Tərifə Kərimova çıxış edərək dövlət başçısı tərəfindən ona göstərilən etimadı doğruldacağına söz verərək, qəbul edəcəyi qərarlarda hər zaman ədalətli olacağını bildirdi.
Keçidlər