Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsləri Azərbaycan Ordusunun Qarabağdakı qeyri-qanuni silahlı birləşmələrə qarşı apardığı lokal xarakterli antiterror əməliyyatlarında həlak olanların ailəsini ziyarət etdi.
06 oktyabr 2023 | 18:10
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsləri Azərbaycan Ordusunun Qarabağdakı qeyri-qanuni silahlı birləşmələrə qarşı apardığı lokal xarakterli antiterror əməliyyatlarında həlak olanların ailəsini ziyarət etdi.
Tədbirdə general-mayor Vaqif Məmmədov, polkovnik Telman Şahbazov, Samux Rayon İcra Hakimiyyətinin başçısı aparatının şöbə müdiri Qurban Həsənov iştirak etdi. Şəhid ailələrinin ziyarəti çərçivəsində, döyüşlərdə qəhrəmancasına şəhid olan hərbiçilərimiz, Samux rayonunun Lək kəndindən olan mayor Qasımov Sənan Fərman oğlunun, Qovlarsarı kəndindən olan leytenant Məmmədov Fizuli Bəhruz oğlunun, Bağbanlar kəndindən olan Gizir Həsənov Həsən Zabit oğlunun, Qarayeri qəsəbəsindən olan MAHHXHQ Məmmədov Eltun Vüqar oğlunun, Seyidlər kəndindən olan əsgər Qarayev İlkin Yusif oğlunun ailələri ziyarət edildi. Ziyarət zamanı general-mayor Vaqif Məmmədov şəhidlərin valideynlərinə, yaxınlarına dərin hüznlə başsağlığı verdi, Azərbaycan Ordusunun Qarabağdakı qeyri-qanuni silahlı birləşmələrə qarşı apardığı lokal xarakterli antiterror əməliyyatlarında qazanılan nəaliyyətlərdən, 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfərdən, hərbiçilərimizin döyüşlər zamanı göstərdiyi şücaətdən, Azərbaycan xalqının vətənpərvərlik ruhundan danışdı, şəhidlərimizin heç zaman unudulmayacağını qeyd etdi. Sonda şəhid valideynləri göstərilən yüksək diqqət və qayğıya görə öz təşəkkürlərini bildirdilər.