Antiterror əməliyyatlarında şəhid olmuş Məmmədov Eltun Vüqar oğlunun şəhadətinin ildönümü münasibətilə anım mərasimi keçirilib.
Azərbaycan Ordusunun Qarabağdakı qeyri-qanuni silahlı birləşmələrə qarşı apardığı lokal xarakterli antiterror əməliyyatlarında həlak olan Məmmədov Eltun Vüqar oğlunun şəhadətinin ildönümü münasibətilə anım mərasimi keçirilib. Şəhidin anım mərasimində Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, RİH-nin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhidin yaxınları, din xadimləri, qazilər və şəhid ailələri iştirak ediblər.
Tədbir zamanı şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub, şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər söylənilib, şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.
Məmmədov Eltun Vüqar oğlu Samux rayonu Qarayeri qəsəbə qəbiristanlığında 23 sentyabr 2023-cü il tarixində dəfn edilmişdir.
Azərbaycan Ordusunun Qarabağdakı qeyri-qanuni silahlı birləşmələrə qarşı apardığı lokal xarakterli antiterror əməliyyatlarında həlak olan Məmmədov Eltun Vüqar oğlu 27 yanvar 2004-cü il tarixdə Samux rayonunun Qarayeri qəsəbəsində anadan olub. Azərbaycan Respublikası Prezidentinin 07 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Şəhidin adı Qarayeri qəsəbəsində mərkəzi küçələrdən birinə verilib.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik!