Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunun Heydər Əliyev Mərkəzinə hər gün silsilə ekskursiyalar davam etdilir.

06 iyun 2017 | 16:00

Rayonun kənd və qəsəbələrində yaşayan  yeniyetmə  və gənclər Samux Heydər Əliyev Mərkəzini ziyarət edirlər.
Mərkəzin direktoru Aygün Həsənzadə ekskursiya iştirakçılarını salamlayaraq ətraflı məlumat verərək qeyd etmişdir ki, Samux rayon Heydər Əliyev Mərkəzi  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, Heydər Əliyev irsinin tədqiqi və təbliği,  elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsi, Azərbaycan tarixi və mədəniyyətinin tanıdılması və təbliği, eləcə də dünya mədəniyyətinin yerli, regional və beynəlxalq tədbirlərin keçirilməsi istiqamətində fəaliyyət göstərir.
Samux Rayon  Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən ekskursiyanın iştirakçılarına Heydər Əliyev Mərkəzinin fəaliyyət istiqamətləri və burada yaradılmış Heydər Əliyev Muzeyi haqqında məlumat verilmişdir. Bildirildi ki, Heydər Əliyev Muzeyində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyat və siyasi fəaliyyəti barədə məlumatlar toplanılıb.
Gənclər Ümummilli lider Heydər Əliyev barəsində bəzi arxiv sənədlərlə, kitablarla  tanış olublar.
Ekskusiya iştiakçıları Heydər Əliyev Mərkəzində Azərbaycanın Qədim Tarixini əks etdirən elektron löhvə ilə də tanış olublar.
Heydər Əliyev Mərkəzinin Qalereya bölməsində müxtəlif rəsm əsərlərinin və əl işlərinin  sərgisi təqdim edilir. Ekskursiya iştirakçıları mərkəzdə olan digər rəsm və rəqs studiyası, xarixi dil mərkəzi  və 3 D kinoteatrın fəaliyyəti ilə tanış olublar.
Sonra ekskursiya iştirakçıları Samux Rayon Tarix və Diyaşünaslıq Muzeyi ilə də yaxından tanış olub, rayonun qədim tarixinə səyahət ediblər.
Gənclər ekskursiyalardan  zəngin təəssüratlarla ayrılıblar.

Keçidlər