Şriftin ölçüsü :

Saytın rəngi :

Gül bayramı keçirilmişdir

11 may 2013 | 15:00

10 may 2013-cü il tarixində Samux şəhərində Ulu Öndərin adını daşıyan mərkəzi istirahət parkında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı illik yubileyi münasibəti ilə “Gül bayramı” keçirilmişdir. Yenidən qurulmasından sonra ilk tədbir keçirilən “Heydər” parkı bayram münasibəti ilə dizaynerlər tərəfindən təbii güllərlə  bəzədilmişdir.  Eyni zamanda rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar, ümumtəhsil məktəbləri və uşaq bağçaları tərəfindən təbii və dekorativ güllərdən Ulu öndərə həsr olunmuş kompozisiyalar və nadir gül nümunələri parkda xüsusi ayrılmış yerlərdə yerləşdirilmişdir.
Tədbirdə  Samux rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev yaradılmış komissiya ilə birlikdə tədbirdə nümayiş etdirilən kompozisiyalarla tanış oldu.
Daha sonra cənab Alı Qocayev və komissiya üzvləri ənənəvi olaraq “Gül Bayramı” ilə paralel keçirilən məktəblilərin yerüstü rəsm müsabiqəsində çəkilmiş şəkillərlə tanış oldular.
Komissiyanın qərarı ilə hər iki müsabiqənin qalibləri rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırıldı.

Keçidlər