Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon Heydər Əliyev Mərkəzində 28 may Respublika günü münasibətilə ənənəvi olaraq Sərkar kənd Uşaq Musiqi Məktəbi bir illik fəaliyyətinin hesabatını verib.

31 may 2017 | 16:00

Samux rayon Heydər Əliyev Mərkəzində 28 may Respublika günü münasibətilə ənənəvi olaraq Sərkar kənd Uşaq Musiqi Məktəbi bir illik fəaliyyətinin hesabatını verib. Səadət Məmmədbəyova -Sərkar kənd Uşaq Musiqi Məktəbinin direktoru: “Bu ildə bizim xor kollektivimiz respublika müsabiqəsində iştirak edib. Fəxri fərmana layiq görüldük. Saz- muğam şöbəsinin şagirdi Etibar Cavadov respublika üzrə keçirilən muğam müsabiqəsində 3-cü yerə layiq görülüb. Kamança üzrə şagirdimiz fəxri fərmanla mükafatlandırılıb. Yəni hər il bizim bu uğurlarımız davam edir. Mən bundan sonrada arzu edirəm ki uğurlarımız daha çox olsun”. Şagirdlərin iştirak etdiyi müsabiqələr və əldə edilən nailiyyətlərdən danışılıb, onların laureatlar sırasında yer aldığına diqqət çəkilib. Musiqi Məktəbin yetirmələrinin ali təhsil alaraq sevdikləri sənəti davam etdirdiklərinə diqqət çəkilib.
Tədbirdə Samux Rayon İcra Hakimiyyəti Başçısının müavini Kəmalə Xəlilova, Samux Rayon Heydər Əliyev Mərkəzinin Direkotru Aygün Həsənzadə və digər rayon rəsmiləri də iştirak edərək çıxış ediblər. Samux Rayon Heydər Əliyev Mərkəzi tərəfindən musiqi məktəbinin bir neçə nümayəndəsinə diplomlar da təqdim olunub. Sonda Musiqi Məktəbinin şagirdləri geniş konsert proqramı ilə çıxış ediblər. Yerli və xarici bəstəkarların nota aldığı musiqilərin ifası xoş analar yaşadıb.

Keçidlər