Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Silahlı Qüvvələrinin kapitanı İnqlab Quliyevə həsr olunmuş "4 APREL" sənədli filmin nümayişi keçirilib.

31 may 2017 | 16:00

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən 4 günlük gərginlik zamanı şəhid düşən kapitan İnqlab Quliyevə həsr olunan sənədli filmin təqdimatı keçirilib. ASAN Könüllüləri Təşkilatı, Gəncə “ASAN xidmət” Mərkəzi və “ARB Kəpəz” telekanalının birgə əməkdaşlığı ilə ərsəyə gələn film, "4 Aprel" adlanır.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Daha sonra tədbiri açıq elan olunub.
“4 Aprel” filmi bu ilin aprel ayında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən 4 günlük gərginlik zamanı şəhid düşən kapitan İnqilab Quliyevə həsr olunub. Filmin növbəti təqdimatı Samux Rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə Samuxda Heydər Əliyev Mərkəzində baş tutub.
Tədbirdə, Samux Rayon İcra Hakimiyyəti Başçısının müavini Kəmalə Xəlilova, Samux Rayon Heydər Əliyev Mərkəzinin Direktoru Aygün Həsənzadə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux Rayon Bölməsinin rəisi Nazim Çələbiyev, Samux Rayon Gənclər və İdman İdarsinin rəisi Rəşad Qarayev, Samux Rayon Təhsil Şöbəsinin nümayəndələri, Şəhid kapitanın atası Çingiz Quliyev, Gəncə Asan Xidmət Mərkəzinin və ARB Kəpəz Televiziyasının əməkdaşları, şəhidin digər ailə üzvləri, gənclər və rayonun bütün kənd və qəsəbələrindən məktəblilər iştirak edib. Şəhid zabitin həyatı, igidliyi və şücaətindən bəhs edən filmin xronometrajı 66 dəqiqədir. Şəhidin ailə üzvlərinin, yaxın qohumlarının, müəllimlərinin və sinif yoldaşlarının müsahibələrinin də yer aldığı filmin çəkilişləri Gəncə şəhəri və Beyləqan rayonunda aparılıb.

Tədbirin rəsmi hissəsində çıxış edən Samux Rayon İcra Hakimiyyəti Başçısının müavini Kəmalə Xəlilova rayonun Heydər Əliyev Mərkəzində gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında belə təşəbbüslərin əhəmiyyətini vurğulayıb.
Samux Rayon Heydər Əliyev Mərkəzinin Direktoru Aygün Həsənzadə filmi ərsəyə gətirən yaradıcı qrupa və bütün iştirakçılara təşəkkürünü bildirib, bu mövzuda olan filmlərin gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasına və onların Qarabağ döyüşlərində qəhrəmanlıq göstərmiş döyüşçüləri tanımaqlarına yonəldilmiş ən uğurlu adımlardan olduğunu qeyd edib.
Tədbirdə iştiak edən ASAN Könüllüləri Təşkilatı, Gəncə regional "ASAN xidmət” mərkəzi və“ARB Kəpəz” telekanalının əmkdaşları da çıxış edərək filmin çəkilişi haqqında öz fikirlərini səsləndiriblər.
Şəhid kapitanın atası Çingiz Quliyev oğlunun xatirəsinə olunan ehtirama görə dövlət rəsmilərinə, filmi ərsəyə gətirən yaradıcı qrupa və bütün iştirakçılara təşəkkürünü bildirib.
Təqdimatdan sonra, filmin ərsəyə gəlməsində əməyi olanlara və şəhid kpitanın atasına Samux Rayon Heydər Əliyev Mərkəzi tərəfindən diplomlar təqdim olunub.
Sonda Samux Rayon Qarayeri qəsəbə 1 saylı orta məktəb liseyin məktəblilərinin hazırladıqları vətənpərvərlik mövzusunda bədii kompozisiya nümayiş olunub.

Keçidlər