Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayonunun kənd və qəsəbələrində yaşayan yeniyetmə və gənclər Samux Rayon Heydər Əliyev Mərkəzi və Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya ediblər.

26 may 2017 | 16:00

Samux rayon Alabaşlı kənd İcra Nümayəndəliyinin dəstəyi ilə Alabaşlı kənd tam orta məktəbin şagirdləri  və kənddə yaşayan digər gənclər Samux rayon Heydər Əliyev Mərkəzi və Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya ediblər.
Ekskursiyanın həyata keçirilməsində məqsəd məktəbli və gənclərin  Ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti ilə əyanı tanış olmalarına yardımçı olmaq və onların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltmək olub.
Ekskursiyaya başlamazdan əvvəl Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub və VII sinif şagirdi Könül Salmanova tərəfindən Heydər Əliyevə həsr olunmuş şeir səslənib. Məktəblilər  və gənclər  ilk olaraq Heydər Əliyev Mərkəzində olublar. Mərkəzin direktoru Aygün Həsənzadə və məsul işçilər tərəfindən məktəblilər Heydər Əliyevin həyatının müəyyən dövrlərini əks etdirən fotoşəkillər nümayiş etdirilib, Ulu öndərə aid olan diplomların, bir sıra imzalı resmi sənədlərin surətlərindən ibarət bölmə və qədim Azərbaycan xəritəsini əks etdirən elektron lövhə ilə məktəblilər tanış olublar.
Daha sonra isə Samux rayon Tarix-Diyarşünaslıq Muzeyinə yollanan şagirdlər, muzeyin məsul işçiləri tərəfindən eksponatlar haqqında dolğun məlumat əldə ediblər.

Keçidlər