Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Hacıalılıkənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.

24 may 2017 | 16:00

Samux  Rayon  İcra Hakimiyyətinin  başçısı cənab  Alı Qocayevin rayonun Hacıalılı kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd  sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların  rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Hacıalılı     kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Sabit Vəliyev kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi.  Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. İsmayılov Hafis Teyyub oğlu  kəndə gələn elektrik xəttinə daimi elektrik enerjisinin ötürülməsini xahiş etdi.
2. Mehdiyev Hamlet Zeynal oğlu Samux – Hacıalılı yolunun təmir edilməsinə koməklik olunmasını xahiş etdi.
3. İsmayılov Samir Xankişi oğlu isə yararsız elektrik naqillərinin  və qəzalı dayaqların dəyişdirilməsi   .
Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi.

Keçidlər