Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda evdar qadınların sahibkarlığa cəlb olunması üçün 2 günlük təlim-seminarlara start verilib

22 may 2017 | 16:00

Məqsəd kiçik və orta biznes üçün bacarığı olan, lakin işləməyən qadınları bu sahə ilə bağlı maarifləndirməkdir. Azərbaycan Respulikası Prezident yanında Qeyri Hökümət təşkilatlarına Dövlət Dəstəyi Şurası və Sahibkar Qadınlar İB-nin birgə təşəbbüsü ilə keçirilən seminarda mütəxəssislər tərəfindən sahibkarlığın müxtəlif sahələri üzrə mexanizmlər haqqında bilgilər verilib. “Evdar xanımların sahibkarlığa cəlb olunması” layihəsi dövlətin bizneslə məşğul olmaq istəyən qadınlara dəstəyidir. Belə ki, təlimlərdə uğurlu layihələr verən iştirakçıların gələcək biznes planlarını maliyyələşdirilməsi də müzakirə olunub. “Evdar xanımların sahibkarlığa cəlb olunması” layihəsi Samuxdan sonra Şəmkir və Goranboyda reallaşdırılacaq.
Zemfira Ağayeva-“Sahibkar Qadınlar” İctimai Birliyinin sədri: “Biz hər rayonda 25 nəfər iştirakçı nəzərdə tutmuşuq. Ancaq təlimlərə maraq çox böyükdür, 40 nəfər iştirakçı qatılıb, bu da layihənin davamlı olmasından xəbər verir. Seminarlarda məqsəd qadınlarımızın sahibkarlıq sahəsində biliyin artırılmasıdır ki, burada iqtisadi və hüquqi tərəflər haqqında məlumatlar verilib”.
Xaliq Qurbanlı

Keçidlər