Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon Heydər Əliyev Mərkəzində, Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı “Heydər Əliyev -Məşəl kimi yanan ömür” adlı tədbir keçirildi.

10 may 2017 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin və  Samux Rayon  Heydər Əliyev Mərkəzinin dəstəyi, Samux şəhər 2 saylı məktəbin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı tədbir keçirilib.
    Əvvəlcə Ulu Öndərin Heydər Əliyev Mərkəzinin qarşısındakı abidəsi önünə əklillər və çiçək dəstələri qoyulub. İştirakçılar ümummilli liderin həyat və fəaliyyətini əks etdirən  “Keçmişdən Gələcəyə” adlı əl  işləri sərgisinə də baxıblar.
    Mərasimi açıq elan Samux Rayon İcra Hakimiyyətinin Başçısı Alı Qocayev ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışdı. Digər çıxış edənlər də öz çıxışlarında onu da qeyd etdilər ki,  Heydər Əliyevin adı təkcə Azərbaycanda deyil, bütün dünyada hörmətlə yad olunur.
    Sonda  Samux şəhər 2 saylı orta məktəbin məktəblilərinin hazırladıqları ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən  bədii kompozisiya nümayiş etdirilib.

Keçidlər