Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonu M.Xəlilov adına Poylu kənd tam orta məktəbində 07.05.2013- cü ildə dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan tədbir keçirilib.

08 may 2013 | 15:00

  Tədbirdə M.Xəlilov adına Poylu kənd tam orta məktəbin direktoru Məmmədov Bəxtiyar Məşrəf oğlu çıxış edərək  ümummilli liderin Azərbaycan tarixindəki misilsiz xidmətlərindən və təhsilə göstərdiyi qayğıdan danışıb.

 Tədbirdə çıxış edən məktəbin müəllim və şagird kollektivi bildiriblər ki, ölkədə demokratikləşmənin dərinləşməsində, hüquqi dövlətin formalaşması və müstəqil dövlətçilik bünövrəsinin möhkəmlənməsi sahəsində ulu öndər H.Əliyevin xidmətləri böyükdür.
 Ölkədə gənclər siyasəti ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib və bu gün Azərbaycan gəncliyi ölkə prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində uğurlar əldə edir.

Keçidlər