Samuxda Ulu öndərin anadan olmasının 94-cü ildönümü qeyd edildi.
10 may 2017-ci il tarixdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı Samux rayon İcra Hakimiyyətinin və YAP Samux rayon təşkilatının birgə tədbiri keçirildi. Tədbirdən öncə YAP Samux rayon təşlikatının şura üzvləri, YAP fəalları ağacəkmə kompaniyasında iştirak etdilər. Rayon ərazisində təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması üçün Samux rayonunun bütün yaşayış məntəqələrində, magistral yolların kənarlarına xüsusi təyin olunan sahədə Eldar şamı ağacının tingləri və dekorativ güllər əkildi. Aksiyaya rayon gəncləri böyük həvəslə dəstək verirdilər. Yaşıllaşdırma aksiyası çərçivəsimdə 3000 ədədən çox ağac əkildi.
Sonra tədbir iştirakçıları Ulu öndərin abidəsi önünə tər gül-çiçək dəstələri düzərək Ümummilli liderin əziz xatirəsini dərin hörmət və ehtiramla yad etdilər. Tədbirdə Samux rayon İcra Hakimiyyətinin Başçısı Alı Qocayev Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş məruzə ilə çıxış etdi. Natiq qeyd etdi ki, XX əsr bəşəriyyətə çox görkəmli elm xadimləri, müdrik, təcrübəli və qətiyyətli rəhbərlər, son dərəcəli bacarıqlı dövlət başçıları bəxş etmişdir.Xalqımızın dahi şəxsiyyəti, bütün türk dünyasının fəxri Heydər Əliyev məhs belə şəxsiyyətlər sırasında önəmli yer tutmuşdur. Taleyin hökmü ilə iki dəfə xilaskarlıq missiyasını üzərinə götürərək hakimiyyətə gələn Heydər Əliyev hər dəfə Azərbaycanın müqəddaratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmış, ona dayaq olmuş, zamanın ağır məngənəsindən xilas etmişdir.
Tədbirdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxış edərək bildirdi ki, Heydər Əliyevin həyat və fəaliyyəti böyük bir məktəbdir və daim öyrənilməkdədir. Bu dahi şəxsiyyətin müyyənləşdirdiyi müdrik siyasi kurs bu gün də, gələcəkdə də dəyişməz olaraq qalacaqdır. Çünki bu siyasət Azərbaycana daim uğur və xöşbəxtlik gətirir. Dahi rəhbər vaxtilə demişdir: “Nə qədər ki, Azərbaycan var, mən də varam! Mən isə Azərbaycanda həmişə olacağam ”. O doğrudanda həmişə bizimlə olacaq, çiçəklənən vətənimizin hər güşəsində onun abidəsi ucalacaqdır. Onun ən böyük abidəsi isə xalqın qəlbindədir.
Tədbirdə çıxış edən YAP üzvləri Mafizə Məmmədova, Təhminə Əliyeva və digər natiqlər Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarının, siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycanın çiçəklənməsi naminə gördüyü işlərdən, apardığı məqsədyönlü daxili və xarici siyasətdən danışdılar. Qeyd etdilər ki, Prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində iqtisadiyyatımız dinamik sürətlə inkişaf edir və buna görə Azərbaycan Avropanın önəmli tərəfdaşına çevrilir.
Tədbirin sonunda Samux şəhər 2 saylı tam orta məktəbin şagirdləri Heydər Əliyevin həyat və fəaliyyətinə dair çıxışlar edərək, Ulu Öndərə həsr edilmiş şerlər söylədilər.