Samuxlu məktəbli "Şahmat" festivalında uğurla çıxış edərək III yerə layiq görülüb
2017-ci ilin aprel-may aylarında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Şahmat” fənni tədris olunan pilot ümumi təhsil məktəblərinin şagirdləri arasında respublika şahmat festivalı keçirilib.
“Şahmat” festivalının keçirilməsində məqsəd Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şahmatın inkişafındakı rolunu qeyd etmək, “Şahmat” fənni tədris edilən pilot ümumtəhsil məktəblərində bu fənnin mənimsənilmə səviyyəsini öyrənmək, məktəbliləri sağlam həyat tərzinə cəlb etmək olub.
“Şahmat” festivalının may ayının 2-də Bakı şəhər 12 nömrəli tam orta məktəbdə keçirilmiş final mərhələsində iştirak etmiş Samux şəhər 2 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdi Səmral Əliyev, ümumi keçirilmiş 9 turdan 7-də qalib, 1-də bərabər nəticə göstərməklə III yerə layiq görülərək “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən diplom, medal və qiymətli hədiyyə ilə mükafatlandırılıb.