Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar şahmat turnirinə start verildi
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar Samux rayon İcra Hakimiyyətinin, YAP Samux rayon təşkilatının, rayon Təhsil Şöbəsinin və Uşaq-Gənclər Şahmat məktəbinin birgə tədbirlər planına uyğun olaraq 04 may 2017-ci il tarixdə Uşaq-Gənclər Şahmat məktəbinin 8,10,12 və 14 yaş qrupunda oğlanlar və qızlar arasında şahmat turnirinə start verildi.
YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov tədbiri açaraq bildirdi ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir və iqtisadi, siyasi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.Ulu öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən dövlət gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdədir.Keçirilən tədbirlər, görüşlər müasir gəncliyin inkişafına xidmət edir.Bugünkü şahmat turnirinin keçirilməsində məqsəd gənclərimizin intellektinin inkişaf etdirilməsi və təmkinlilik, düşüncə qabiliyyətlərinin formalaşmasına kömək etməkdir.
Sonra Samux rayon Təhsil şöbəsinin müdiri Gülağa Hüseynov da çıxış edərək yarış iştirakçılarına uğurlar arzuladı.