Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda Riyaziyyat və informatika fənləri üzrə "Viktorina" keçirilib

04 may 2017 | 16:00

Samux şəhər 2 nömrəli tam orta məktəbin akt zalında məktəblilər arasında  riyaziyyat və informatika fənləri üzrə “Viktorina” keçirilib. “Viktorina”da 7 tam orta məktəbi təmsil edən, tərkibi 4 nəfərdən ibarət komandalar iştirak edib.
Dövlət Himninin səsləndirilməsindən sonra çıxış edərək tədbiri açıq elan edən Samux RTŞ-nin müdiri Gülağa Hüseynov məktəblilərə riyaziyyat və informatika fənnlərinin insan həyatındakı əvəzsiz rolundan söhbət açıb və şagirdlərə uğurlar arzulayıb.
“Viktorina”nın gedişatında komandalar arasında “Qayda” yarışması keçirilib, 15 dəqiqə ərzində 6 ədəd ( 3 riyaziyyat, 1 həndəsə və 2 informatika ) açıq sual təqdim edilib, kompüterdə “Triqonametriya sol əl metodu”, İnformatika terminlərinə aid krosvord təqdim edilib, Samux Rayon Metodkabinetin müdiri Zirəddin Quliyev “1089 rəqəminin sirri” haqqında şagirdlərə məlumat verib və daha bir neçə mərhələdə şagirdlər arasında yarışlar davam edib. İştirak edən komandalar münsiflər heyəti tərəfindən 5 ballıq sistemlə qiymətləndiriliblər.
Riyaziyyat və informatıka fənnləri üzrə “Viktorina”nın keçirilməsində məqsəd şagirdlərdə riyaziyyat və informatika fənnlərinə olan marağı artırmaq və qruplar şəklində işləmək bacarıqlarını təkmilləşdirmək olub.
Qeyd edək ki, keçirilmiş “Viktorina”nın qalibi şəhər 2 nömrəli tam orta məktəbin komandası olub. İnstitut qəsəbə tam orta məktəb II yerə, Lək kənd tam orta məktəbin komandası isə III yerə layiq görülərək Samux RTŞ tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Tədbirin sonunda məktəblilər musiqi nömrələri ilə çıxış ediblər.

Keçidlər