Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Qarayeri qəsəbəsində səyyari görüşü keçirilmişdir.

03 may 2017 | 16:00

Samux  Rayon  İcra Hakimiyyətinin  başçısı cənab  Alı Qocayevin rayonun Qarayeri  qəsəbə sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə qəsəbə  sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların  rəhbərləri iştirak edirdilər.
Əvvəlcə  Qarayeri  qəsəbə  inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinin müavini Pərvanə Kazımova qəsəbə barədə iclas iştirakçılarına geniş məlumat verdi. və qəsəbədə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra qəsəbə sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Səlimov Səlim Hüseyn oğlu  Qarayeri və Qaraarx qəsəbə ərazisində bir ədəd transfarmator qoyulmasını xahiş etdi.
2. Məmmədova Mahirə Əmr qızı Bağçaya gələn  elektrik xəttinin Alabaşlı xəttinə qoşulmasını xahiş etdi.
3. Quliyeva Əntiqə Hilal qızı isə Qarayeri qəsəbəsindəki kabelləşmə işinin tezləşdirilməsini xahiş etdi.
Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi.

Keçidlər