Samux rayonu üzrə əhalinin tibbi müayinəsi davam etdirilir.
Azərbaycan Respublikasının Prezidentinin tapşırığına və Səhiyyə Nazirliyinin 06.02.2017-ci il tarixli 02-19-694 saylı məktubuna əsasən Samux rayonu üzrə həkim briqadaları yaradılaraq, kəndlərə gediş qrafikləri tərtib edilərək və təşkilati işlər görüldükdən sonra 15.02.2017-ci il tarixdən əhalinin kütləvi dispanserizasiyasına başlanımışdır. Müayinənin başladığı 15.02.2017-ci il tarixdən hazırki vaxtadək 35 yaşayış məntəqəsinin əhalisi tibbi müayinəyə cəlb edilmiş və 28 yaşayış məntəqəsində müayinə tam başa çatdırılmışdır. Müayinələr zamanı 43077 nəfər tibbi müayinədən keçmiş əhalidən, 1594 nəfərdə müxtəlif xəstəliklər aşkar edilmiş, 62 nəfər daha dərin müayinə və müalicə üçün Bakı şəhərinə , 76 nəfər xəstə isə Samux MRX-na stasionar müalicəyə göndərilmişdir. Qalan müddət ərzində də tibb kollektivimiz müayinənin daha yüksək səviyyədə aparılmasını təmin etmək üçün əlindən gələni əsərgəmiyəcək.