Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar ümumtəhsil məktəblərinin şagirdləri arasında mini-futbol turnirinə start verildi.

01 may 2017 | 16:00

1 may 2017-ci il tarixdə YAP Samux rayon təşkilatının və rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə məktəblilər arasında mini-futbol turnirinə start verildi.
Açılış tədbirini giriş sözü ilə açan YAP Samux Rayon Təşkilatının sədri Gündüz Bayramov Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərindən ətraflı bəhs etdi. Ümummilli lider Heydər Əliyevin “Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indiki gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır” tezisini xüsusi vurğulyaraq dahi şəxsiyyətin seçdiyi yolun Azərbaycana qazandırdığı uğurları tədbir iştirakçılrının nəzərinə çatdırdı və mini-futbol yarışı iştirakçılarına uğurlar arzuladı.
Turnirdə 10 komanda Olimpiya sistemi üzrə öz güclərini sınayacaqlar. Turnir 08 may 2017-ci il tarixə qədər davam edəcək. Sonda qalib komandalar mükafatlandırılacaqlar.

 

Keçidlər