Samuxdakı istixanalarda yetişdirilən tərəvəzlər MDB ölkələrinə ixrac olunur
01 may 2017 | 16:00
Samux rayonunda fəaliyyət göstərən istixanalarda il ərzində 5 min tondan çox faraş tərəvəz – pomidor, xiyar yetişdirilir.
Hazırda Samuxda 50 hektar ərazidə kənd təsərrüfatı məhsullarının becərilməsi ilə məşğul olan 200 istixana fəaliyyət göstərir. Becərilən məhsullar əsasən MDB ölkələrinə ixrac olunur.
Qeyd edək ki, bu il suvarılan yeni torpaqlar hesabına sahələrin genişləndirilməsi, məhsuldarlığın isə ötən illə müqayisədə daha yüksək olacağı proqnozlaşdırılır.