Samux rayonunda akademik Zərifə Əliyevanın zəngin elmi irsi müzakirə edildi
Görkəmli akademikin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar Samux Rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbiri giriş nitqi ilə açan Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev Zərifə Əliyevanın oftalmoloq-həkimlərin ixtisaslarının artırılması və gənc kadrların yetişdirilməsində xidmətləri xüsusi vurğuladı.
Çıxış üçün söz alan Samux Rayon Mərkəzi Xəstəxanasının Baş həkimi İlham həsənov qeyd etdi ki, Zərifə Əliyevanın obrazı, siması, keçdiyi həyat yolu bizim gənc xanımlarımızın həyatının formalaşması baxımından parlaq nümunədir: “Zərifə Əliyeva Azərbaycan tibb elminin inkişafına böyük töhfələr verən akademiklərimizdən olub. Bu gün Onun yetişdirdiyi kadrlar da insanlara sağlamlıq bəxş edir. Bütün bunlarla yanaşı, Zərifə xanım qayğıkeş ana, fədakar və sədaqətli həyat yoldaşı kimi də qadınlar üçün nümunədir”
Daha sonra çıxış edən Samux Rayon Heydər Əliyev Mərkəzinin Direktoru Aygün Həsənzadə və stomotoloq həkim Kamran Ələkbərov akademik Zərifə Əliyevanın Azərbaycanın sərhədlərindən çox-çox uzaqlarda, səhiyyə, elm sahəsində çalışan hər bir insanın qəlbində yaşadığını və oftalmologiya sahəsində geniş elmi axtarışları və tədqiqatları olub. O, tibb elmində, təcrübi səhiyyədə son dərəcə əhəmiyyətli əsərlər yazıb. Zərifə xanımın elmi tədqiqatları yüksək səviyyədə olmaqla bərabər, onların sosial əhəmiyyəti də olduqca böyük idi.