Samuxda “Aqroenerji” kompleksi tikilir
28 aprel 2017 | 16:00
Samuxda Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən inşa edilən “Aqroenerji” kompleksi rayonun iqtisadi inkişafında mühüm rol oynayacaq.
Hazırda kompleksdə 11 min 200 ədəd günəş paneli quraşdırılıb.
Burada ay ərzində istehsal olunan 1,5 meqavat enerji 10 kilovotluq Seyidlər hava xətti ilə yaxın ərazidə tikilən istixana kompleksini və digər obyektləri elektrik enerjisi ilə təmin edir.
Kompleksin inzibati binasında tikinti işləri başa çatıb. Binada tədris mərkəzi və otel yerləşir.