Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İnstitut qəsəbə tam orta məktəbində “İslam mədəniyyətində həmrəylik” adlı dəyirmi masa keçirilmişdir.

27 aprel 2017 | 16:00

Samux rayon İnstitut qəsəbə tam orta məktəbdə “İslam mədəniyyətində həmrəylik” adı altında dəyirmi masa keçirilib. Dəyirmi masada məktəbin tarix, ədəbiyyat, fiziki tərbiyə, GÇQH müəllimləri və istedadlı şagirdlər iştirak etdiblər.
İlk olaraq çıxış edən məktəbin direktoru Gülsəba Abbasova, Respublikamızın çoxsaylı siyasi, mədəni beynəlxalq tədbirlərə yüksək səviyyədə evsahibliyi etməsinin əhəmiyyətindən, İslam dünyasında özünəməxsus mövqeyə malik olan Azərbaycanın mövcud potensial, gerçəkləşdirdiyi genişmiqyaslı müasir infrastruktur layihələrin, idman oyunlarının sağlam rəqabət və dostluq şəraitində təşkilinə əlverişli şərait yaratmasından söhbət açıb. Daha sonra çıxış edən məktəbin müəllimləri İslam dünyasında özünəməxsus mövqeyə malik olan dövlətimizin hər zaman islami dəyərlərə hörmətlə yanaşıldığını, islam dininin yüksək əxlaqi dəyərlərlə zəngin tərbiyəvi xüsusiyyətlərindən, 4-cü  İslam oyunları kimi mötəbər tədbirlərin respublikamızda keçirilməsi gənclərin hərbi vətənpərvərlik ruhunda yetişməsində müstəsna rolu olmasından söhbət açıb, həmçinin, ölkəmizdə keçirilən ilk Avropa oyunlarında olduğu kimi, bu yarışlarda da ölkəmizi təmsil edəcək idmançıların yüksək potensiala malik olduqlarını və  yüksək nəticələr əldə edəcəklərinə böyük inam hissi olduğunu xüsusi vurğulayıblar.
İclasın gedişatında IV İslam oyunlarının açılışı zamanı ölkəmizin Prezidenti cənab İlham Əliyevin çıxışı və mərasimdən maraqlı kadrlar video-slayd şəklində iştirakçılara təqdim olunub.
Sonda iclasın bəddi hissəsində məktəbin istedadlı şagirdlərinin ifasında şeir və müsiqi nömrələri səsləndirilib.

Keçidlər