Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Çernobıl faciəsinin 31-ci ildönümü qeyd olundu

26 aprel 2017 | 16:00

Çernobl faciəsinin ildönümü münasibəti ilə  26 apreldə  Samux Rayon İcra Hakimiyyətində Çernobl əlilləri ilə görüş keçirilmişdir. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısı cənab Alı Qocayev ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən əlillərə yüksək dövlət qayğısının göstərildiyini qeyd etmişdir. Bu kateqoriyadan olan insanların sosial məişət və mənzil şəraitlərinin yaxşılaşdırılması üçün tədbirlərin görüldüyünü qeyd etdi. Çernobıl qəzası iştirakçıları və zərərçəkmiş şəxslərin statusu və sosial müdafiəsi sahəsində rayonumuzda da bir sıra işlərin həyata keçirildiyini bildirdi. Qeyd olundu ki, Samux rayonunda 27  nəfər Çernobl qəzası iştirakçısı və zərərçəkmiş şəxs yaşayır. Ötən il  rayonda yaşayan üç nəfər Çernobl faciəsi əlilinə yeni mənzil verilmiş səkkiz nəfər isə mənzil növbəsinə götürülmüşdür. Cənab Prezidentin tapşırığı ilə bütün kateqoriyadan olan əlillərin, o cümlədən Çernobl əlillərinin problemlərinin həllinə diqqət göstərildiyini bildirən rayon icra hakimiyyəti başçısı hər an onların problemlərinin həllinə səylə çalışdıqlarını qeyd etdi.
Görüşdə iştirak edən Çernobl iştirakçıları göstərilən diqqət və qayğıya görə öz təşəkkürlərini bildirmiş, həmçinin onları narahat edən məsələlərin həlli ilə əlaqədar rayon İcra hakimiyyətinin başçısına müraciət etmişlər.
Tədbirin sonunda rayon icra hakimiyyəti başçısı tərəfindən rayonda yaşayan  Çernobl əlillərinə ərzaq bağlamaları  təqdim olunub.

Keçidlər