Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Əhmədbəyli kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Əhmədbəyli kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Əhmədbəyli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Seymur Şükürov kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. İsgəndərov Xaləddin Şəmil oğlu kəndin mərkəzi yolunun təmirini xahiş etdi .
2. İsmayılov Mikayıl Cəbi oğlu subartezian quyusun təmirini xahiş etdi.
3. Məmmədov Maarif Müslüm oğlu isə Subartezian quyusunun elektrik xəttinin qoşulmasını xahiş etdi .
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.