Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilmişdir.

19 aprel 2017 | 16:00

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş məqsədyönlü iqtisadi strategiyanın Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev  tərəfindən  uğurla davam etdirilməsi, qlobal enerji layihələrinin reallaşdırılması nəticəsində Azərbaycan 2017-ci ilə də uğurla başlamışdır. Son illər bütün dünyada qlobal maliyyə böhranının davam etməsinə baxmayaraq ölkəmizdə nəzərdə tutulmuş bütün infrastruktur layihələri və sosial proqramlar uğurla icra olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin  sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci  ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu haqda ətraflı danışılmış və ölkə başçısı proqram xarakterli çıxışlarında  iqtisadiyyatda və digər sahələrdəki  vəziyyəti geniş təhlil etmiş, qarşıda duran vəzifələri müəyyənləşdirmişdir.
Cənab  İlham Əliyevin  düzgün müəyyənləşdirilən  sosial-iqtisadi inkişaf strategiyası əsasında apardığı çevik və praqmatik siyasət ölkəmizin tərəqqi yolu keçərək, dünya dövlətləri arasında layiqli yer tutmasını təmin etmişdir. Sosial-iqtisadi inkişafla bağlı statistik rəqəmlərə, həmçinin yürüdülən daxili və xarici siyasət kursuna, reallaşdırılan layihələrə və beynəlxalq təşkilatların hesabatlarına nəzər saldıqda bunu daha aydın görə bilərik. Cari ilin birinci rübündə iqtisadiyyatımızın vəziyyətini xarakterizə edən göstəricilər təsdiqləyir ki, bu gün Azərbaycan yenidən sürətli inkişaf yoluna qədəm qoymuşdur. Ötən ilin ilk üç ayı ilə müqayisədə qeyri-neft sektoru 2,4 faiz, o cümlədən, qeyri-neft sənayesi 2 faiz, kənd təsərrüfatı 3,5 faiz, ticarət dövriyyəsi 15 faiz, ixrac 50 faiz, qeyri-neft ixracı  10 faiz artmış, idxal isə 17 faiz azalmışdır. Hesabat dövründə idxalın bu şəkildə azalması və ixracın belə kəskin artması ölkə iqtisadiyyatında sabitliyin təmin edildiyinin əsas göstəricisidir. Eyni zamanda, bu, onu da deməyə əsas verir ki, ölkəmiz artıq idxal üçün xərclədiyi valyuta vəsaitlərinin azalmasına nail ola bilmişdir. Son üç ayda valyuta ehtiyatlarımızın 1 milyard dollar səviyyəsində artması iqtisadiyyatda baş verən müsbət dəyişikliklərin konkret göstəricisidir. Hazırda ölkəmizin valyuta ehtiyatları 38,5 milyard dollar təşkil edir ki, bu da ölkənin xarici borclarını  beş dəfə üstələyir.
Artıq keçid iqtisadiyyatı dövrünü uğurla başa çatdıran Azərbaycanın qarşıya qoyduğu əsas hədəflərdən biri ölkədə son dərəcə mühüm və iri infrastruktur layihələrinin reallaşdırılmasından ibarətdir. Həmin layihələrin siyahısının kifayət qədər geniş olmasına baxmayaraq, onların öhdəsindən gəlmək üçün Azərbaycanda zəngin təcrübə, siyasi iradə, ən başlıcası isə güclü maliyyə dayaqları mövcuddur. Qeyd etdiyimiz kimi, artıq özünün iqtisadi inkişafını təmin etmiş Azərbaycan Respublikası bütün diqqəti vacib infrastruktur layihələrinin reallaşdırılmasına yönəltmişdir. Məhz bunun nəticəsidir ki, 2017-ci ilin ilk rübündə ölkəmizdə bir sıra vacib sosial və infrastruktur layihələrinin icrası uğurla davam etdirilmişdir.
Hər şeydən əvvəl, makroiqtisadi sabitliyin hər bir ölkənin iqtisadi dayanıqlılığı üçün əsas şərtlərdən biri kimi səciyyələndirən dövlət başçısı 2017-ci ildə Azərbaycanda makroiqtisadi sabitliyin təmin ediləcəyinə əminliyini bildirmiş,  inflyasiyanın birrəqəmli həddə saxlanılması,  istehlak qiymətlərinə daim diqqət göstərilməsi üçün lazımi tədbirlərin görülməsini tapşırmışdır. Bununla yanaşı, ölkənin gələcək inkişafının əsas şərtlərindən biri olan valyuta ehtiyatlarının qorunması, hətta bu sahədə müəyyən artıma nail olunması da mühüm vəzifə kimi qarşıya qoyulmuşdur.
Son illərin  reallıqları da göstərir ki, ölkənin iqtisadi inkişafından, neft strategiyasının və sahibkarlığın inkişafının uğurlu nəticələrindən əldə edilən dividendlər bilavasitə insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilir. Yeni iş yerlərinin açılmasına, sosial müdafiə sisteminin davamlı şəkildə təkmilləşdirilməsinə mühüm önəm verilməsi də dövlətin vətəndaşlarına olan diqqət və qayğısının bariz təcəssümüdür. Görülən işlərin nəticəsidir ki, birinci rüb ərzində respublikamızda 70 mini daimi olmaqla 85 min yeni iş yerləri açılmışdır.
Ölkəmizdə məşğulluğun təmin edilməsi baxımından mühüm rol oynayan inşaat sektorunda işlər tədricən əvvəlki məcrasına qayıtmaqdadır. Dövlət başçısının xüsusi nəzarəti altında olduğu bu sektora dövlət dəstəyinin gücləndirilməsi təşəbbüskarlığa geniş meydan açır. Azərbaycanın inşaat sektorunda reallaşdırılan yeni layihələr sırasında müddəti keçmiş və yararsız vəziyyətdə olan binaların sökülərək yerində müasir, komfort şəraitə malik  binaların tikintisi xüsusi diqqət çəkir. Məlum olduğu kimi, ilk belə pilot layihə ötən il Sabunçu rayonunda icra edilmiş, yeni binanın açılışında cənab İlham Əliyev şəxsən iştirak etmişdir.
Bu gün  Azərbaycanda güclü sənaye potensialı mövcuddur.  Son illər həmin potensialın hərəkətə gətirilməsi, xüsusən də ölkənin qeyri-neft sənayesi ilə bağlı imkanlarının artırılması sahəsində mühüm işlər görülür. 2017-ci  ildə ölkəmizin iqtisadi inkişaf strategiyasının əsas hədəflərindən biri də  qeyri-neft sənaye istehsalının artırılmasından ibarətdir. Məhz buna görə də Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında  bu il sənaye potensialının inkişafı ilə bağlı ciddi addımların atılmasını qarşıya mühüm vəzifə kimi qoymuşdur. 
Ölkə iqtisadiyyatının ikinci mühüm sahəsi sayılan kənd təsərrüfatının dirçəldilməsi istiqamətində həyata keçirilən tədbirlər də qeyri-neft sektorunun inkişafına mühüm töhfələr verir. Məlum olduğu kimi, bu ilin yanvar ayında Nazirlər Kabinetinin ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası, eləcə də regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci ilinin yekunlarının müzakirəsi zamanı  cənab Prezident  2017-ci ilin ölkəmizin aqrar sektorunda daha yüksək artıma nail olunacağına əminliyini bildirərək  bu sahədə əsas prioritetləri müəyyənləşdirmişdir.
Nazirlər Kabinetinin aprelin 10-da keçirilən iclasında isə dövlət başçısı aqrar sahənin 2017-ci il üçün prioritetləri sırasına 150 min hektar yeni torpaq sahəsinin suvarılması məsələsini əlavə edərək bunun kənd təsərrüfatı istehsalının artırılmasında inqilabi dəyişikliyə gətirib çıxaracağına əminliyini bildirmişdir.  Bununla yanaşı, torpaqların dəqiq uçotunun aparılması da qarşıya mühüm bir vəzifə kimi qoyulmuşdur.  Bu il, həmçinin  kənd təsərrüfatının inkişafında mühüm rol oynayan pivot suvarma sistemləri və pestisid zavodlarının istifadəyə verilməsi nəzərdə tutulur.  
Məlum olduğu kimi, son illər Azərbaycanın sosial-iqtisadi tərəqqisini sürətləndirmək, əhalinin həyat səviyyəsini daha da yaxşılaşdırmaq məqsədilə ölkədə son dərəcə uğurlu investisiya siyasəti həyata keçirilir. Ölkə başçısı  tərəfindən qəbul olunmuş olduqca aydın, özündə konkret hədəfləri ehtiva edən, ölkə qarşısında duran əsas məsələlərin həlli üçün mühüm vasitə sayılan məqsədyönlü Dövlət İnvestisiya Proqramı uğurla icra edilir.  Adıçəkilən proqramda ölkənin iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafını təmin etməklə yeni iş yerlərinin yaradılması kimi mühüm məsələlərin həlli ilə yanaşı, bir sıra infrastruktur layihələrinin həyata keçirilməsi də nəzərdə tutulur. Bu baxımdan ölkə əhalisinin firavan həyatının təminatına hesablanmış sosial layihələr diqqəti daha çox cəlb edir. Cənab Prezident bu il ölkəmizdə  infrastruktur layihələrinin icrasının davam etdirilməsi, əhalinin qaz, elektrik enerjisi və içməli su təminatının daha da yaxşılaşdırılması ilə bağlı konkret tapşırıqlar vermiş, kənd yollarının tikintisi üzrə ən azı 40 layihənin icra ediləcəyini diqqətə çatdırmışdır.
Sosial infrastruktur layihələri sırasında qəzalı məktəblərin yerində modul tipli məktəblərin tikintisi layihələri də diqqət çəkir. Artıq ölkənin müxtəlif regionlarında üç belə məktəb tikilib istifadəyə verilib.  Dövlət başçısının tapşırığına əsasən, ilin sonunadək modul tipli daha 12 məktəbin tikintisi nəzərdə tutulur.
Ölkəmizdə çətin vəziyyətdə yaşayan vətəndaşlara göstərilən dövlət qayğısından bəhs edən dövlət başçısı ünvanlı sosial yardım proqramı ilə yanaşı, tədricən özünüməşğulluq sisteminə keçməyin vacibliyini də önə çəkdi.  Dövlət başçısı Nazirlər Kabinetinə, Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Kənd Təsərrüfatı nazirliklərinə, eləcə də yerli icra orqanlarına və sahibkarlara özünüməşğulluq proqramına xüsusi diqqət yetirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini vermişdir.
Göründüyü kimi, 2017-ci ildə Azərbaycanda reallaşdırılacaq infrastruktur layihələri, dövlət başçısı tərəfindən irəli sürülən mühüm təşəbbüslər ölkəmizin sosial-iqtisadi tərəqqisini xeyli sürətləndirəcək, əhalinin həyat səviyyəsinin  bir qədər də yaxşılaşmasına səbəb olacaqdır.
2017-ci ilin  birinci rübünün yekunu ilə bağlı görülmüş işlərin təhlili göstərir ki, rayon iqtisadiyyatının inkişafındakı artım dinamikası davam etmişdir. Eyni zamanda rayonda tikinti-quruculuq və  abadlıq işləri sahəsində işlər uğurla aparılmışdır. Birinci rübün sosial-iqtisadi inkişafının əsas iqtisadi göstəriciləri  bunu deməyə əsas verir. Belə ki, hesabat dövründə    rayon üzrə  ümumi  məhsul  buraxılışının həcmi 23,3 milyon  manat  olmuşdur  ki,  bu  da ötən ilin müvafiq dövründəkindən    (21,4 mln.manat)  8,8  faiz  çoxdur.  Cari  ilin üç ayında ötən  ilin  müvafiq  dövri  ilə  müqayisədə sənaye məhsulunun həcmi 24,2 faiz artaraq 2,0 milyon manat,    kənd  təsərrüfatı  məhsullarının həcmi 19,2  faiz  artaraq  10,5 milyon  manat,  tikinti 15,2 faiz artaraq  1,4 milyon manat təşkil etmişdir.   Hesabat dövründə pərakəndə  əmtəə  dövriyyəsi  15,1 faiz, əsas kapitala yönəldilən investisiya 6,4 faiz artmışdır.
Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin 27 fevral 18 saylı Fərmanı  ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”-nın yerinə yetirilməsi istiqamətində  rayonda görülən işlər davam etdirilmişdir. Belə ki, rayon üzrə  təmirə ehtiyacı olan 9  çoxmənzilli yaşayış binalarında təmir bərpa işlərinə başlanmışdır ki, onlardan 1 bina Samux şəhərində, 6 bina Qarayeri qəsəbəsində, 2 bina isə İstixana kəndində yerləşir. 
Samux şəhərində 16 mənzilli, ikimərtəbəli binanın 1064 kv.m. dam örtüyü tam yenilənmişdir. Blokların girişinə  3 ədəd dəmir qapı və 3 ədəd plastik pəncərə quraşdırılmışdır. Hazırda binanın fasadının suvanması işləri aparılır.
Qarayeri qəsəbəsi Cavad Məmmədov küçəsində yerləşən 8 mənzilli,  ikimərtəbəli binanın 470 kv.m.  və həmin küçədə  6 mənzilli , ikimərtəbəli binanın 420 kv.m.  dam örtüyünün  yenilənməsi başa çatmaq üzrədir. Qəsəbədə yerləşən 6 binanın hamsında fasadın suvanması işləri aparılır.
İstixana kəndində yerləşən 12 mənzilli, ikimərtəbəli  iki binada fasadın suvanması işləri görülür.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Hazırda Qarayeri qəsəbəsində şəhid ailəsi üçün inşa edilən fərdi evin tikintisi başa çatmaq üzrədir. Yaxın vaxtlarda daha iki fərdi evin tikintisinə başlanacaqdır.
Samux şəhərinin Kür, Elçin Məmmədov və Arif Nəbiyev küçələrində təmir bərpa işlərinə başlanmışdır. Kür küçəsində evlərin fasadları və divarlar rənglənmişdir. E.Məmmədov küçəsində 600 metr, A.Nəbiyev küçəsində 700 metr köhnə asfalt örtüyü sıyrılmış, səkilərə yeni üzlük daşları çəkilməsi üçün köhnə üzlük daşları sökülmüş, su keçidləri yenilənmişdir. E.Məmmədov küçəsində həyətlərə gedən içməli su xətləri yenisi ilə əvəz edilmişdir.
Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun tikintisi davam etdirilir. Hazırda yolun 12 km-lik hissəsində işlər başa çatmış, 15,1 km  hissəsində əsasın hazırlanması işləri görülmüşdür. 2,5 km hissədə köhnə asfaltın qazılması işləri aparılmışdır. Həmin yolda Gəncə çayı  üzərində uzunluğu 63,3 km olan  iki aşırımlı körpünün tikintisi başa çatdırılmışdır. Yolun keçdiyi Samux şəhərində, Çobanabdallı, Qarabağlar və Əhmədbəyli kəndlərində yolboyu abadlıq işləri aparılmış, həmişə yaşıl ağaclar əkilmişdir. Eyni zamanda Samux-Yenikənd yolunun kənarlarında təmizlik işləri aparılaraq ağaclar əkilmişdir.
Azərbaycan kənd investisiya layihəsi çərçivəsində rayonun Alabaşlı qəsəbəsində 9 km, Alıuşağı kəndində 12,5 km, Zazalı Tatlı,Qiyaslı kəndlərində 12,5 km daxili küçə və yollarda təmir-bərpa işləri aparılmış, su keçidləri yenilənmişdir. Alabaşlı qəsəbəsində 2, Alıuşağı kəndində 2 və Zazalı kəndində 3 ədəd dayanacaq quraşdırılmışdır.
Rüb ərzində  bütün  istiqamətlərdə  yolların  çiyin  hissələri  avtoqreyderlə  plana  salınmış,  torpaq yatağı maillikləri kol-kosdan təmizlənmişdir.  Gəncə - Samux, Samux-Lək, Samux- İnstitut, Qırmızı Samux-Burunqovaq, Samux-Yenikənd-Poylu avtomobil yollarında və çiyin hissələrində 47,8 min m2 sahədə çınqıl materialı ilə təmir işləri aparılaraq 3,0 min m3 həcmində çınqıl materialı işlədilmişdir.Həmçinin 28 ədəd qırılmış siqnal dirəkləri yenisi ilə əvəz edilmişdir. Lək-Gəncə yolunun Çobanabdallı kəndi ərazisində 1,2 km yola  yeni asfalt örtüyü çəkilmişdir.
Azərbaycan Respublikası Prezidenti  cənab İlham Əliyevin ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin aradan qaldırılması məqsədilə verdiyi  müvafiq tapşırığa əsasən rayon ərazisində iri təsərrüfatların yaradılması istiqamətində işlər davam etdirilmişdir. Hazırda rayonda “AQRO DAİRY” Məhdud Məsuliyyətli Cəmiyyət, “Boz dağ”  heyvandarlıq kompleksi,  “Ulduz 2011” MMC, “Qarabağ Region MKT” MMC ,  “Region Aqro” MMC kimi  iri sahibkar təsərrüfatları fəaliyyət göstərir. Eyni zamanda rayonda  200-ə yaxın istixana fəaliyyət göstərir ki,  onların da ümumi sahəsi 50 hektardan çoxdur.  Bu istixanalarda 5000 tondan cox faraş tərəvəz - pamidor, xiyar yetişdirilir. Bu məhsulların cox hissəsi MDB ölkələrinə ixrac olunur.
Samux və Goranboy rayonları  ərazisində yaradılacaq aqroparkın suvarma suyu ilə təmin edilməsi  məqsədi ilə rayonun Əhmədbəyli kəndi ərazisindən 12 km uzunluğunda  1600 mm diametrli boru ilə su xəttinin çəkilməsi istiqamətində işlər davam etdirilir. Xəttin 9,4 km-i kompozid, 2,6 km-i isə dəmir boru ilə çəkiləcəkdir. Boru xəttinin keçdiyi marşurut üzrə torpaq mülkiyyətçiləri müəyyən edilmiş, onlarla müvafiq izahat işləri aparılmış, hazırda mülkiyyətçilərə ödəniləcək kompensasiyaların miqdarı  müəyyənləşdirilir. Bu məqsədlə rayon komissiyası yaradılmışdır. Su kəməri Əhmədbəyli kəndində  16, Əlibayramlı kəndində 23 torpaq mülkiyyəçisinin sahəsindən, dövlət və bələdiyyəyə məxsus torpaq sahələrindən keçir. Tutumu 100 min kub m. olan su ambarının tikintisi üçün qazıntı işləri aparılır.
Rayonun iqtisadi inkişafında mühüm rol oynayacaq, Alternativ  və  Bərpa  Olunan  Enerji  Mənbələri  üzrə Dövlət  Agentliyi  tərəfindən  inşa etdirilən  “Aqroenerji” kompleksinin  tikintisində işlər sürətləndirilmişdir. Burada 11200 ədəd  günəş paneli quraşdırılmışdır. Hazırda  istehsal olunan 1,5 Mvt enerji 10 kv-lıq Seyidlər hava xətti vasitəsi ilə yaxın ərazidə yerləşən istixana kompleksinin tikintisini və digər obyekləri elektrik enerjisi  ilə təmin edir. Kompleksin  inzibati binasının tikintisində  işlər  başa çatmışdır. Binada  tədris mərkəzi və otel yerləşir.
İlin əvvəlində respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da əhalinin məşğulluğu sahəsində yaranmış problemin aradan qaldırılması məqsədi ilə ölkə başçısının tapşırığı əsasında yeni iş yerlərinin yaradılması və ictimai işlərin təşkili istiqamətində tədbirlər həyata keçirilmişdir. Belə ki, rüb ərzində 672-si daimi olmaqla 1210 yeni iş yeri yaradılmışdır. Yaradılmış yeni iş yerlərindən 7-si Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon sahibkarlarına 5 layihə üzrə verdiyi 75,0 min manat güzəştli kreditin hesabınadır.
Bununla bərabər işaxtaran vətəndaşlar arasında özünəməşğulluq proqramının həyata keçirilməsinə başlanmışdır. Bu proqrama 18 nəfər cəlb edilmiş, müvafiq söhbətlərdən sonra, onlardan 12 nəfəri Beynəlxalq Əmək Təşkilatının təlimlərinə qatılmışdır.  İmtahanları  müvəffəqiyyətlə vermiş 9 nəfərlə müqavilə bağlanmışdır. Onlardan 1 nəfəri istixana qurmaqla, 1 nəfəri fotostudiya açmaqla, 1 nəfəri quşçuluqla, 6 nəfəri isə iribuynuzlu mal-qara saxlamaqla özünəməşğulluğu təmin edəcəkdir. Bu proqrama gələcəkdə daha çox işaxtaran cəlb olunacaqdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikamızda kənd təsərrüfatının inkişaf etdirilməsinin daha da sürətləndirilməsi ilə bağlı tapşırıq və tövsiyələrinin, imzaladığı sərəncamlardan  irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədi ilə,  iqtisadiyyatının  əsasını   aqrar  sektor  təşkil  edən rayonumuzda  cari ildə  sahələrdən yüksək məhsul əldə etmək üçün lazımi tədbirlər həyata keçirilmişdir. 2017-ci  ilin  məhsulu  üçün 11 624  hektar  sahədə taxıl əkilmişdir ki, bu da ötən illə müqayisədə (8394 ha) 38,5 faiz çoxdur.  Taxıl məhsulunun 8675 (3529) hektarı  buğda,  2942 (4865) hektarı  dən  üçün  arpa, 842  hektarı  isə  xəsil  məqsədi  ilə  əkilmişdir.
Cari ildə 2425 hektar sahədə  yazlıq  bitkilərin  səpini    aparılmışdır.  Onlardan 901 hektarı şəkər çuğunduru, 767 hektarı dən üçün günəbaxan,  94  hektarı  kartof, 334 hektarı  tərəvəz, 7 hektarı paxlalılardır. Ölkə başçısının şəkər cuğunduru əkininin stimullaşdırılması ilə bağlı imzaladığı məlum sərəncamdan sonra bu sahəyə diqqət daha da artmışdır. Cari ildə 1500 hektara qədər şəkər çuğunduru əkilməsi proqnozlaşdırılır, bu da ötən ildəkindən təxminən 2,5 dəfə çoxdur.
2017-ci  ilin  01 aprel  tarixinə  iri  buynuzlu  mal-qaranın  sayı 23 931 baş  olmuşdur. Bundan  ana inək və camışların  sayı  12087 baş təşkil edir. Qoyun və keçilərin  sayı 157804 başdır.
Birinci rübdə 1469 ton diri  çəkidə  ət, 7238 ton süd,  2398 min  ədəd  yumurta  istehsal  olunmuşdur. Heyvandarlıq mənsullarının istehsalında da  ötən ilin müvafiq dövrü ilə müqayisədə artım vardır.
  Kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticənin əldə olunmasında əsas şərtlərdən biri əkin sahələrinin suvarma suyu ilə təminatı məsələsidir. Bu sahə daim ölkə başçısının diqqətində saxlanılır. “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq  sərəncamları bunun əyani sübutudur.  Bu sərəncamlar əsasında rayonumuzda 41 subartezian quyusunun qazılıb istifadəyə verilməsi nəzərdə tutulmuşdur ki ,onlardan 30-u istifadəyə verilmişdir. Digər 11 subartezian quyusundan 9-unun qazılması başa çatmış, yaxın vaxtlarda istifadəyə veriləcəkdir.
Bununla bərabər 2017-ci  ilin birinci rübü  ərzində 83 ədəd nasos, 22 ədəd  elektrik   avadanlığı  təmir  edilmişdir. Torpaqların  suvarılması  üçün  kanallarda 124 min m3  lildən  təmizləmə, 22 min m3  sahilbərkitmə işləri  görülmüşdür. Kanallarda 15 ədəd hidrotexniki qurğu, 5 ədəd   hidrotexniki  postlar təmir edilmiş, 6500 m2  kol-koslardan  təmizləmə  işləri  aparılmışdır. Rüb   ərzində  Gəncə  çayında  8 min m3, Qabırrı  çayında 3 min  m3, Qoşqar çayında 5 min m3 əlavə  sahilbərkitmə  işləri  görülmüşdür. 
Rayon  əhalisini  dayanıqlı   elektrik  enerjisi  ilə  təmin  etmək üçün  2017-ci ilin birinci rübü  ərzində  15 ədəd  müxtəlif  güclü  transformator əsaslı, 25  ədədi  isə  cari  təmir  edilərək  istismara  verilmişdir. Qəsəbə və kəndlərdə 35 ədəd 0,4 kv-luq və 45 ədəd 10 kv-luq istismara yararsız dayaqlar yeni dayaqlarla əvəz edilmişdir.
10  kv-luq    elektrik  verici  xətlərdən 4,0 km-i, 0,4 kv-luq xətlərdə isə 2,5 km-i cari təmir edilmişdir.Ayrı-ayrı xətlər üzrə 5 km naqillər yenisi ilə əvəz edilmişdir. 8 ədəd yeni müxtəlif güclü transformator quraşdırlılaraq istifadəyə verilmişdir. Zazalı və Alıuşağı kəndlərində 0,4 kv-lıq şəbəkə SİP kabellə yenilənmiş və 4 ədəd yeni transformator məntəqəsi qurulmuşdur. Rüb  ərzində abonentlərə 44 ədəd yeni sayğac  dəsti quraşdırılmışdır.
Əhalinin   təbii  qazla  təminatının  yaxşılaşdırılması  istiqamətində  də  müəyyən  işlər  görülmüşdür.  Hal-hazırda  rayonun 30  yaşayış  məntəqəsində  mavi  yanacaqdan  istifadə  olunur ki, bu da rayon üzrə 85,7 faiz yaşayış məntəqəsinin təbii qazla təmin olunması deməkdir. Rüb  ərzində rayonun Qarayeri qəsəbəsində diametri 57 mm-lik 570 p/m və diametri 76 mm-lik 590 p/m uzunluğunda qaz xətti çəkilərək, rənglənmişdir. Sərkar, Çobanabdallı və Əlibayramlı kəndlərində bir ədəd qaz tənzimləyici məntəqə quraşdırılmışdır. Çobanabdallı, Qarabağlar və Əhmədbəyli kəndlərində yol kənarında olan qaz xətləri əsaslı təmir edilmişdir. 
İstehlak olunmuş enerjinin,təbii qazın və içməli suyun  dəyərinin vaxtında, tam ödənilməsi üçün rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən  qərargah tərəfindən müvafiq işlər aparılmışdır. Əhali tərəfindən istehlak olunmuş elektrik enerjisinin dəyərinin 92,0 faizi, təbii qazın dəyərinin 97,5 faizi yığılmışdır.
Bununla bərabər rayon İcra Hakimiyyətində yaradılmış “Qaynar xəttə” daxil olan məlumatlar, səyyar və  fərdi qəbullarda edilən müraciətləri göstərir ki, əhalinin elektirik enerjisi və təbii qazla təminatında  müəyyən problemlər hələ də  mövcuddur. Xüsusilə küləkli havalarda elektrik enerjisinin verlişində böyük fasilələr yaranır. Xidmətlərin rəhbərləri bundan ciddi nəticə çıxarmalı və mövcud nöqsanların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görməlidir.
2017-ci  ilin birinci  rübündə   Samux  rayon  İcra  Hakimiyyəti başçısı aparatına  ümumilikdə 140 ərizə,  təklif  və  şikayət   daxil  olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəkindən 41 ədəd (181 ədəd) və ya 22,2 faiz azdır.  Müraciətlərdən 63-ü (89) yerli  sakinlərdən, 77-si (92) isə respublikanın   yuxarı  təşkilatlarından  olmuşdur. Rüb ərzində daxil olmuş ərizələrdə qaldırılan məsələlər yerində araşdırılmış, vətəndaşların haqlı tələbləri vaxtında həll edilmişdir.
Birinci rübdə rayon İcra Hakimiyyətinin başçısı   tərəfindən rayonun hüquq  mühafizə  orqanlarının  və xidmət  təşkilatlarının  rəhbərləri  ilə birgə həftədə bir dəfə olmaqla  rayonun bütün yaşayış məntəqələrində 11 səyyar  qəbul-görüş keçirilmişdir. Bu görüşlərdə 33 müraciət  edilmişdir.  Müraciətlər  əsasən    yolların  təmiri,  yeni  yaşayış  massivlərinin  elektrik  enerjisi  və  təbii  qazla  təminatı, torpaq, suvarma suyu  ilə   təminat, bağça tikintisi, tibb müəssisələrinin təmiri ilə bağlı  olmuşdur.  Müraciətlərin 12 (36,3 %)  icra  edilmiş, 21 (63,7%)  hazırda  icradadır.
2017-cı  ilin qalan rüblərində də  qarşımızda  yerinə  yetiriləsi vacib olan  daha  böyük  vəzifələr  durur.  Nazirlər  Kabinetinin  2017-ci  ilin  birinci rübünün  sosial-iqtisadi  inkişafının  yekunlarına  və qarşıda duran vəzifələrə  həsr  olunmuş  iclasında  Azərbaycan  Respublikası  Prezidenti  cənab  İlham Əliyevin  proqram  xarakterli nitqlərində  qarşıya  qoyduğu  vəzifələri  yerinə  yetirmək  üçün bütün imkanlarımızı səfərbər etməliyik. 
Qeyd etdiyimiz kimi Samux rayonunun 2014-2018-ci illərdə sosial-iqtisadi inkişaf istiqamətləri ilə bağlı illər üzrə geniş tədbirlər planı tərtib edilmişdir. Tədbirlər planı bütün sahələri əhatə etmişdir. İlk növbədə Samux şəhər - Füzuli - Lək - Əlibayramlı - Qarabağlar - Çobanabdallı – Samux şəhər avtomobil yolunun və Gəncə çayı üzərində körpünün tikintisinin müvəffəqiyyətlə başa çatdırılması əsas vəzifələrdəndir.
Cari ildə  şəhərin kanalizasiya və mərkəzləşmiş içməli su sisteminin qurulması işlərinə başlanması gözlənilir.  Rayonun Sərkar kənd orta məktəbi üçün 650 şagird yerlik, İnstitut qəsəbə tam orta məktəbi üçün 650 şagird yerlik yeni məktəb binalarının, Qarayeri qəsəbə 2 saylı tam orta məktəbi üçün 200 şagird yerlik, Alıuşağı kənd tam orta məktəbi üçün isə 120 şagird yerlik əlavə korpusların tikintisi  həyata keçirilməlidir.
Cari  ildə rayonun şəhər, qəsəbə və kəndlərində  yeni  uşaq bağçalarının inşa edilməsi və əsaslı təmir olunması, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün  fərdi evlərin tikilməsi,  səhiyyə və mədəniyyət ocaqlarının tikintisi və əsaslı təmiri ilə bağlı tərəfimizdən  işlər aparılır.
Eyni  zamanda cari ildə şəhərin küçələrinin yenidən qurulması və kəndlərarası yolların əsaslı təmiri də  əsas hədəflərimizdən biridir.
Qarşımızda duran ən vacib məsələlərdən biri də rayon iqtisadiyyatının daha da genişləndirilməsi, xüsusilə kənd təsərrufatının inkişaf etdirilməsinin sürətləndirilməsidir.
Əhalinin məşğulluğunun təmin olunması üçün    yeni  istehsal  və  emal  müəssisələrinin yaradılması istiqamətində işlər görülür.
Ölkə başçısı tərəfindən 2017-ci ilin “İslam həmrəyliyi ili”  elan edilməsi də qarşımızda yeni vəzifələr qoyur. Rayonda multikultural ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması istiqamətində müvafiq işlər görülməlidir.
Ümumiyyətlə  cari ildə   rayonda daha  böyük layihələrin həyata keçirilməsi gözlənilir.

Keçidlər