Şriftin ölçüsü :

Saytın rəngi :

YAP SAMUX RAYON TƏŞKİLATININ VII KONFRANSI KEÇİRİLDİ.

18 aprel 2017 | 16:00

18 Aprel 2017-ci il tarixdə Yeni Azərbaycanın Partiyası Samux rayon təşkilatının VII konfransı keçirildi. Konfrans nümayəndələri əvvəlcə Azərbaycan xalqının dahi oğlu, partiyanın qurucusu Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər gül-çiçək dəstələri düzüb, hörmət və ehtiramlarını ifadə etdilər. Konfrans Samux rayon Heydər Əliyev Mərkəzində Dövlət himninin səsləndirilməsi ilə öz işinə başladı.
Konfransın işində Samux rayon İcra Hakimiyyətinin Başçısı Alı Qocayev, Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Valeh Ələsgərov, millət vəkili Naqif Həmzəyev, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov iştirak etdilər. Konfransda YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, YAP Kəlbəcər rayon təşkilatının sədri Akif Əsgərov və rayon hüquq-mühafizə orqanlarının rəhbərləri qonaq qismində dəvət olunmuşdurlar. Konfransda YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov VI konfransdan ötən dövr ərzində görülən işlərdən, uğurlardan və nailiyyətlərdən bəhs edən hesabat məruzəsi ilə çıxış etdi. Natiq bildirdi ki, Samux rayon təşkilatı öz fəaliyyətini Ümummilli lider Heydər Əliyevin ideyalarının, Yeni Azərbaycanın Partiyasının V Qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Proqram xarakterli nitqindən irəli gələn müddəaların yerinə yetirilməsinə yönəltmişdir. YAP Samux rayon təşkilatı ölkə prezidenti cənab İlham Əliyevin tövsiyyələrinə uyğun, Ümummilli lider Heydər Əliyevin ideyalarına, onun siyasətinə sadiq olaraq, rayonumuzun inkişaf etməsi üçün əlindən gələni etməkdədir. Əvvəlki illərə nisbətən Gənclər Birliyinin, Qadınlar Şurasının işi daha da genişləndirilmiş, rayon təşkilatının ilk təşkilatları ilə əlaqələri möhkəmlənmiş, partiyanın maarifçilik işi gücləndirilmişdir. Bu gün YAP Samux rayon təşkilatının 5328 nəfər üzvü 82 ilk partiya təşkilatında birləşmişdir. Hesabat məruzəsində qeyd olunmuşdur ki, VI konfransdan keçən müddət ərzində 1692 nəfər YAP sıralarına qəbul edilmişdir.
Sonra YAP Samux rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Şakir Məmmədovun hesabat məruzəsi də dinlənildi. Məruzələr ətrafında Qarayeri 1 saylı məktəb-liseyin müəllimi Kəmalə Mustafayeva, Sərkar kənd tam orta məktəbin müəllimi Aynur Qəhrəmanova, Samux rayon Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev çıxış etdilər.
Tədbirdə Samux rayon İcra Hakimiyyətinin Başçısı Alı Qocayev, millət vəkilləri Valeh Ələsgərov və Naqif Həmzəyev, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov,YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev konfrans iştirakçılarını əlamətdar gün münasibəti ilə təbrik etdilər. Sonra natiqlər Yeni Azərbaycan Partiyasının yaranması tarixindən, Azərbaycanın inkişafı və tərəqqisində partiyanın rolundan, ölkəmizdə mövcud ictimai-siyasi vəziyyət və möhtərəm prezidentimiz YAP-ın sədri İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən möhtəşəm quruculuq işlərindən bəhs edib, partiyanın qarşısında duran vəzifələr barədə ətraflı məlumat verdilər.
Sonra hesabat məruzəsi ətrafında hazırlanmış qətnamə oxunaraq qəbul edildi.Konfransda təşkilati məsələlərə də baxıldı. YAP Samux rayon təşkilatının 31 nəfərdən ibarət Şurası və 5 nəfərdən ibarət Nəzarət-Təftiş Qrupu seçildi, Bayramov Gündüz Çankay oğlu isə yenidən YAP Samux rayon təşkilatının sədri seçildi.
Tədbirin sonunda bir qrup partiya üzvünə üzvlük vəsiqəsi təqdim edildi.Bununla da konfrans öz işini başa çatdırdı.

Keçidlər