Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “18 Aprel-Dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” qeyd edilir.

18 aprel 2017 | 16:00

Bu gün 1983-cü ildə UNESCO yanında Tarixi yerlərin və abidələrin mühafizəsi üzrə Beynəlxalq Şuranın (İCOMOS) təşəbbüsü ilə təsis edilib. Əlamətdar gün Samux Rayon Heydər Əliyev Mərkəzində  və Samux Rayon Tarix-Diyarşünaslıq Muzeyində də qeyd olundu.
17 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr edilmiş “Mədəni  İrs və Tarixi abidələrimiz ” mövzusunda açıq qapı günü  ilə başlayan təşəbbüs, ekskursiya və tədbirdə rayon ictimaiyyəti xüsusən də rayonun uşaq və gəncləri yaxından iştirak edirdi.  Iştirakçılar Samux Rayon Heydər Əliyev Mərkəzinin “Qədim  və Müasir Azərbaycan Tarixi” elektron xəritəsi, “”,  Rayonun Tarix Diyarşünaslıq Muzeyinin “Qədim Samux inciləri” ekspozsiyaları, Rayonun tarixi və maddi  abidələrinə həsr edilmiş fotosərgi və kitablarla  ilə tanış olublar.

   Samux Rayon Heydər Əliyev Mərkəzinin Direktoru Aygün Həsənzadə, Tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın birinci xanımı, 1-ci vitse prezidenti Mehriban xanım Əliyevanın ölkə daxilində və xaricində həyata keçirdikləri böyük işlər hər kəs üçün ən gözəl örnəkdir.  Bizim də məqsədimiz  bu ali dəyərləri  təbliğ etməklə yetişən gənc nəslin, uşaq və gənclərin diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltmək, milli mədəniyyətin möhkəmləndirilməsində tarixi abidələrin rolu, onların qorunmasının vacibliyini onların diqqətinə çatdırmaqdır deyə vurğulayıb.

Keçidlər