Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev və milli mənəvi dəyərlərin bərpası” mövzusunda seminar-treninq keçirilmişdir.

30 aprel 2013 | 15:00

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibəti ilə rayonda keçirilən tədbirlər silsiləsi davam edir. Növbəti tədbir 27 aprel 2013-cü il tarixində keçirilən Samux rayon İcra Hakimiyyəti və Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkil etdiyi “Heydər Əliyev və milli mənəvi dəyərlərin bərpası” mövzusunda seminar-treninq olmuşdur. Seminar-treninqdə rayon ziyalıları, ictimaiyyət nümayəndələri və din xadimləri iştirak edirdilər.
Seminarı giriş sözü ilə  rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Dini komissiyanın sədri Tahir Qarayev açdı. O, çıxışına Ulu Öndərin “Xalqımız öz tarixi, milli-mənəvi dəyərləri, doğma dili ilə, islam dininə, mədəniyyətinə, mənəviyyatına mənsub olması ilə fəxr edir” sözlər ilə başladı və  Azərbaycan xalqının  ümummilli lideri Heydər Əliyevin ölkənin müasir inkişaf yolunda və yeni dünyaya qovuşmasında öz milli-mənəvi simasını saxlamasını ən önəmli şərt hesab etdiyini və bu işdə islami dəyərləri ən güclü dəyərlər kimi qiymətləndirdiyini vurğuladı.
Daha sonra söz Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin Qərb bölgəsi üzrə nümayəndəsi Firdovsi Kərimova verildi. O da, öz növbəsində, Heydər Əliyevin din adamları ilə canlı ünsiyyəti, məscid, ziyarətgah və başqa müqəddəs yerləri ziyarət etməsi, İslamın Azərbaycanda dirçəlişi və inkişafi üçün göstərdiyi işlərdən danışdı.
Tədbirdə rayonun axundu İlham Məmmədov, rayon Ağsaqqallar Şurasının sədri Həmzə Həmzəyev və müəllim Garay bayramov çıxış edərək, ulu  öndər Heydər Əliyevin Azərbaycanda İslam dininin və İslam əxlaqının bərqarar olunması ilə bağlı fəaliyyətindən söz açdılar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.

Keçidlər