IV İslam Həmrəyliyi Oyunlarına dəstək olaraq gənclər üçün “Fəal ol, Sağlam ol!” adlı tədbir keçirilib
Samux Rayon Heydər Əliyev Mərkəzində IV İslam Həmrəyliyi Oyunlarına dəstək tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə açan Samux Rayon Heydər Əliyev Mərkəzinin Direktoru Aygün Həsənzadə , ölkəmizdə həyata keçirilən irimiqyaslı islahatlar, uğurlu fəaliyyətlər , xüsüsən də IV İslam Həmrəyliyi Oyunlarnın Azərbaycanda keçirilməsinin dövlətimizin ölkə idman siyasətinin növbəti uğuru olduğunu vurğulamışdır. Aygün Həsənzadə onu da qeyd etmişdir ki, tədbirin keçirilməsində əsas məqsədin IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərini gənclər arasında təbliğ etmək, onların idmana marağını artırmaq, gəncləri sağlam həyat tərzinə cəlb etmək, onların könüllü fəallığa istiqamətləndirməkdir.
Daha sonra Samux Rayon Gənclər və İdman İdarəsinin İdman sahəsi üzrə nümayəndəsi Qurban Həsənov, Samux Rayon Mədəniyyət Mərkəzinin Direktoru Şəlalə Tağıyeva, İnstitut qəsəbə orta məkətbinin direktoru Gülsəba Abbasova, Samux şəhər və Sərkar kənd Musiqi Məktəblərinin və Samux Rayon Mərkəzi Kitabxanasının da nümayəndələri çıxış edərək, IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilmsinin müsbət təsirindən danışmış və uğurlar arzulamışlar.
Tədbirin gedişində gənclərin də fikirləri dinlənilmiş və müzakirə aparılmışdır.
Tədbirin sonunda rayon Musiqi Məktəblərinin və məktəblilərinin hazırladığı bədii-əyləncəli proqram təqdim edilib.