Şahmat festivalının rayon mərhələsi keçirilib
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş ”Şahmat” fənni tədris olunan pilot ümumi təhsil məktəblərinin şagirdləri arasında respublika şahmat festivalında iştirak edəcək komandanın tərkibini müəyyənləşdirmək üçün aprel ayının 10-11-də Samux Rayon Təhsil Şöbəsinin tabeliyində şahmat fənni tədris edilən 7 ümumi təhsil məktəbdə təhsil alan şagirdlərin iştirakı ilə şahmat yarışı keçirilib.
Yarış şahmat fənni tədris olunan 7 (Şəhər 1 nömrəli məktəb-lisey, Şıhır 2 nömrəli tam orta məktəb, şəhər 3 nömrəli tam orta məktəb, Qarayeri 1 nömrəli məktəb-lisey, Sərkar kənd tam orta məktəb və Poylu kənd tam orta məktəb) məktəbdə təhsil alan II-IV sinif şagirdlərinin arasında keçirilib. Swiss-manager püşkatma programı vasitəsi ilə dairəvi komanda şəklində keçirilmiş yarışda 7 məktəb üzrə 42 şagird iştirak edib.
Yarışın sonunda I yerə Samux şəhər 3 nömrəli tam orta məktəbin, II yerə Şəhər 2 nömrəli tam orta məktəbin, III yerə isə şəhər 1 nömrəli məktəb-liseyin şagirdləri layiq görülərək, Samux RTŞ-nin müdiri Gülağa Hüseynov tərəfindən kubok və diplomlarla təltif olunublar.