Samux Rayon Təhsil Şöbəsində növbəti təhsilyanı şura iclası keçirilib
Samux Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəb direktorlarının iştirakı ilə təhsilyanı şura iclası keçirilib.
İclasda ilk olaraq çıxış edən Samux RTŞ-nin müdir müavini Faiq Həsənov tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi ilə bağlı həyata keçirilmiş tədbirlər barədə, vəziyyətlə bağlı müzakirələr aparıb. Təhsil Nazirliyi Kollegiyasının 2014-cü il 6 noyabr tarixli 1/3 nömrəli qərarı ilə təstiq edilmiş “Uşaqların(şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişmə qaydaları”na əsasən məktəb direktorlarına müəyyən tapşırıqlar verilib.
Çıxış edən metodist Rəna Əsgərova Ulu Öndər Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsinin keçirilməsi və nəticələri ilə bağlı müzakirə aparıb.
Daha sonra RTŞ-nin aparıcı məsləhətçiləri Tacəddin Əhmədov Yuxarı Ağasıbəyli kənd tam orta məktəbində I-IX siniflərdə Kurikulum Konsepsiyasının həyata keçirilməsi vəziyyətinin öyrənilməsi ilə bağlı məktəbdə aparılmış monitorinqlə bağlı çıxış edib. Mənitorinqin nəticəsinə uyğun olaraq məktəb direktoruna tapşırıqlar verilib.
RTŞ-nin aparıcı məsləhətçisi Vüsal Cəfərov və Həşim Hüseynov Yenikənd kənd tam orta məktəbdə pedaqoji işin təşkilinin manitorinqi və Azərbaycan Respublikasının “Təhsil haqqında Qanunu” və digər normativ sənədlərin Seyidlər kənd tam orta məktəb və Salahlı kənd ümumi orta məktəbdə icrası vəziyyətinin oyrənilməsi məqsədi ilə aparılmış yoxlamanın nəticələri haqqında çıxış ediblər. Yoxlamaların nəticələri ilə bağlı müzakirələr aparılıb, tapşırıqlar verilib. Sonda qərar layihəsi oxunub.