Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon Heydər Əliyev Mərkəzində BMT İnkişaf proqramının dəstəyi, İqtisadi və Sosial İnkişaf Mərkəzinin icrası ilə həyata keçirilən layihə çərçivəsində tədbir keçirildi.

06 aprel 2017 | 16:00

Avropa İttifaqı tərəfindən maliyyələşən, BMT İnkişaf Proqramının dəstəyi, İqtisadi və Sosial İnkişaf Mərkəzinin icrası ilə həyata keçirilən layihə çərçivəsində Gəncə şəhəri və Samux rayonunda Dövlət strukturları, KİV, QHT nümayəndələrinin iştirakı ilə “Qanunvericiliyin izahı və məlumatlandırma” “Ünvanlı sosial yardım institunun sosial hüquqların qorunmasında əhəmiyyəti”, “Ünvanlı dövlət sosial yardımı ilə bağlı hüquqi mexanizm”, “Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar BMT-nin davamlı inkişafı məqsədləri konteksində”, “Əhalinin məşğulluq və bu sahədə məlumatlılığının artırılması” mövzularında təlimlər təşkil olunmuş və təşkil olunmaqda davam etdirilir. Həyata keçirilən layihənin əsas məqsədi sosial sahədə mövcud qanunvericilik ilə əhalini məlumatlandırmaqdan ibarətdir.
Bu gün Samux rayonunda “Ünvanlı dövlət sosial yardımı ilə bağlı hüquqi mexanizm” mövzusunda təlim təşkil olunmuşdur. Təlimdə dövlət qurumları, bələdiyyə, QHT və kənd icma nümayəndələri iştirak etmişdir.
Təlimi giriş sözü ilə layihənin əlaqələndiricisi xanım Aynur Əliyeva açdı. Ombudsman Aparatı Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov “Ünvanlı dövlət sosial yardımı ilə bağlı hüquqi mexanizm” mövzusunda təqdimat etdi. Təlimdə qrup işi təşkil olunmuş və hər işçi qrup verilən tapşırıq əsasında təqdimatlarını etmişdir. Təlim interaktiv formada keçirildi və təlimin mövzusu ilə bağlı iştirakçılar tərəfindən verilən suallar cavablandırıldı.

Keçidlər