Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Alıuşağı kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.

05 aprel 2017 | 16:00

04.04.2017-ci il tarixdə Samux  Rayon  İcra Hakimiyyətinin  başçısı cənab  Alı Qocayevin rayonun Alıuşağı kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd  sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların  rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Alıuşağı  kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi.  Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:.
1.Əliyev Səməndər İsrafil oğlu ona həyətyanı torpaq sahəsinin verilməsini xahiş etdi.
2.İbrahimova Dilbər Hüseyn qızı bir il qabaq oğurlanmış iri buynuzlu heyvanının tapılmasında ona  kömək edilməsini xahiş etdi.
3.Nəsibov Nağı Fəxrəddin oğlu isə yeni salınmış yaşayış massivini mavi yanacaqla təmin edilməsini xahiş etdi.
Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi.

 

Keçidlər