Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni məktəb binası istifadəyə verilmişdir.

26 aprel 2013 | 15:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş  “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” nın yerinə yetirilməsi  Samux rayonunda uğurla davam etdirilir.
  25 aprel 2013-cü il tarixində Dövlət Proqramı çərçivəsində rayonda yeni inşa edilən Seyidlər kənd tam orta məktəbinin 180 şagird yerlik binasının açılışı olmuşdur.
Tədbiri məktəbin direktotru Firduz Məmmədova açaraq, başda Azərbaycan Respublikasının Prezidenti olmaqla məktəbin tikintisində əməyi olan hər kəsə məktəbin müəllim və şagird kollektivi adından dərin minnətdarlığını bildirdi.
Samux rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev çıxış edərək, son dövrlərdə  respublikada və rayoda sürətli inkişaf haqqında ətraflı məlumat verdi və bütün işlərin məhz möhtərəm Prezidentimiz  cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində həyata keçdiyini bir daha vurğuladı.
Tədbirdə rayon Təhsil şöbəsinin müdiri Gülağa Hüseynov və kənd sakini çıxış etdilər.
Cənab Alı Qocayev məktəbin açılışını bildirən rəmzi lenti kəsdi. Tədbir iştirakçıları məktəbdə yaradılmış şəraitlə tanış oldular.

Keçidlər