Samux rayonu üzrə əhalinin tibbi müayinəsi davam etdirilir.
Azərbaycan Respublikasının Prezidentinin tapşırığına və Səhiyyə Nazirliyinin 06.02.2017-ci il tarixli 02-19-694 saylı məktubuna əsasən Samux rayonu üzrə həkim briqadaları yaradılaraq, kəndlərə gediş qrafikləri tərtib edilərək və təşkilati işlər görüldükdən sonra 15.02.2017-ci il tarixdən əhalinin kütləvi dispanserizasiyasına başlanımışdır. Müayinənin başladığı 15.02.2017-ci il tarixdən 03.04.2017-ci il tarixinədək 26 (Salahlı, Qarabağlı, İnstitut, Əlibayramlı, Füzuli, Əhmədbəyli, Samux şəhəri, Lək, Qarayeri, Q.Samux, İstixana, Zazalı, Hacallı, Sərkar, Qara-Arx, Yenibağ, Qovlarsarı, Ziyadlı, Çobanabdallı, Lüksemburq, Bağmanlar, A.Ağasıbəyli, Poylu, Kəsəmən, Alabaşlı, Qarabağlar) yaşayış məntəqəsi tibbi müayinəyə cəlb edilmiş və 14 (Salahlı, Qarabağlı, Əlibayramlı, Əhmədbəyli, İstixana, Zazalı, Qara-Arx, Yenibağ, Lüksemburq, Bağmanlar, A.ağasıbəyli, Poylu, Kəsəmən, Alabaşlı) yaşayış məntəqəsinin tibbi müayinəsi tam başa çatmışdır. Müayinələr zamanı 26161 nəfər tibbi müayinədən keçmiş əhalidən, 1000 nəfərdə müxtəlif xəstəliklər aşkar edilmiş,942 nəfərə ambulator yardım göstərilmiş, 28 nəfər daha dərin müayinə və müalicə üçün Bakı şəhərinə, 30 nəfər xəstə isə Samux MRX-na stasionar müalicəyə göndərilmişdir. Qalan müddət ərzində də tibb kollektivimiz müayinənin daha yüksək səviyyədə aparılmasını təmin etmək üçün əlindən gələni əsərgəmiyəcək.