Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Samuxlu məktəblilər şimal bölgəsində səfərdə olublar

29 mart 2017 | 16:00

Samux rayon Heydər Əliyev mərkəzində Ulu öndər Heydər Əliyevin abidəsi üzərinə gül dəstələri qoyan şagirdlər rayon rəhbərliyinin, Təhsil Şöbəsinin və bir sıra rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Zaqatala, Şəki və Qəbələ rayonlarına doğru yola salınıblar.
Üç gün davam edən tur-aksiyada iştirak edən şagirdlər əvvəlcədən hazırlanmış plan üzrə Şəki Dövlət Tarix-Memarlıq Qoruğu, Şəki Xan Sarayı, Yuxarı Karvansaray, Aşağı Karvansaray, Cümə məscidi və Kiş kəndində yerləşən qədim alban məbədi ilə tanış olublar. Növbəti olaraq, Zaqatala rayonunda Zaqatala Tarix-Mədəniyyət Qoruğu, Dədə Qorqud Meydanı ilə tanış olublar. Həmçinin, Qəbələ rayonunda Heydər Əliyev adına Konqres Mərkəzi, ”Qəbələnd” İstirahət Mərkəzi, “Tufandağ” Qış-Yay Turizm Kompleksi, “Beltmann” pianino və Qəbələ konserv zavodları ilə tanış olublar, Çuxur-Qəbələ Tarix və Mədəniyyət Qoruğuna, Nohur gölünə, Vəndam şəlaləsinə, udinlərin yaşadığı Nic kəndinə təşkil olunmuş ekskursiyada iştirak ediblər.
Gəzinti zamanı digər rayonlardan gələn şagirdlərin də iştirakı ilə bilik yarışında iştirak edən Samux rayon məktəbliləri III yerə layiq görülərək kubok və sertfikatla təltif olunublar.
Qeyd edək ki, tur-aksiya çərçivəsində şagirdlərlə birlikdə Samux Rayon Təhsil Şöbəsinnin əməkdaşları və həkim müşayət edərək səfərdə iştirak ediblər.

Keçidlər