Samux rayonu Kəsəmən kənd ümumi orta məktəbində 24.04.2013- cü il tarixdə böyük alim, görkəmli şəxsiyyət, Azərbaycan tibb elminin fədailərindən biri, qayğıkeş ana Zərifə xanım Əliyevanın anadan olmasının 90 illiyi təntənəli qeyd edilmişdir.
Tədbirdə kəsəmən kənd ümumi orta məktəbinin direktoru Bağırov Tahir Qasım oğlu çıxış edərək göstərdi ki, Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprel ayının 28-də Naxçıvan Muxtar Respublikasının Şahtaxtlı kəndində anadan olmuşdur. Zərifə xanım mənalı həyat yolu keçmiş Azərbaycan və dünya tibb elminə yeni töhfələr vermişdir. Onun 150 elmi məqaləsi və 10 dəyərli monoqrafiyası bu gün də səhiyyə işçilərinin stolüstü kitabına çevrilmişdir. Ulu öndər Heydər Əliyev cənablarının ömür-gün yoldaşı olmuş Zərifə xanım həm də qayğıkeş və mehriban ana olmuş, Azərbaycan dövlətinin yükünü çəkməyi bacaran dünya siyasətində öz yerini tutan İlham Əliyev kimi bir Prezidenti bizə bəxş etmişdir.
Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak etmiş, dəyərli fikirlərini söyləmişlər. Onlar bir daha əmin olmuşlar ki, Zərifə xanımın həyat yolu bizim hər birimiz üçün örnəkdir.