Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirildi.

17 mart 2017 | 16:00

17  mart  2017-ci il tarixində  Samux rayonunda  Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumrayon  şənliyi keçirilmişdir.  Şənlik  Heydər parkında təşkil edilmişdir. Rayon İcra hakimiyyəti tərəfindən təşkil edilmiş  şənlikdə rayonda fəaliyyət göstərən bütün müəssisələrin kollektivləri, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi əlilləri, şəhid və  aztəminatlı ailələr, idmançılar, musiqiçilər və kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak edirdi.
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qoayev şənlik iştirakçılarını Azərbaycan xalqının uzaq qədimlərdən bu günədək sevə-sevə qeyd etdiyi  Novruz bayramı münasibəti ilə təbrik etdi.  Bahar bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzuladı.
Sonra cənab başçı  bayramın rəmzi  Novruz tonqalını alovlandırdı. Milli geyimli uşaqlar tonqalın ətrafında halay vurdular.  Cənab Alı Qocayev  hər bir kollektivə  yaxınlaşaraq  bayram  münasibəti ilə təşkil edilmiş süfrələrlə tanış oldu və  onları bayram münasibəti ilə bir daha təbrik etdi.  Eyni zamanda rayon idmançılarının  nümunəvi çıxışlarına tamaşa etdi.
Novruz bayramının əsas personajları olan Kosa, Keçəl və Bahar Qızı  atlıların müşaiəti ilə faytonda meydana daxil oldular.  Kosa və Keçəl şənlik iştirakçılarını bayram münasibəti ilə təbrik etdilər.
Şənlik Rayon Mədəniyyət və Turizm şöbəsinin hazırladığı rəngarəng  konsert proqramı ilə davam etdirildi.

Keçidlər