Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon ümumi təhsil məktəblərində təhsil alan 5 şagird Azərbaycan uşaqlarının IV formunun seçim turunda iştirak edib

13 mart 2017 | 16:00

Uşaqların öz hüquqları ilə bağlı qərarların qəbul edilməsində iştirakını təmin etmək, uşaqlara öz problemləri ilə bağlı təşəbbüslərlə çıxış etmək və təkliflər vermək imkanı yaratmaq, həmçinin ictimaiyyətin diqqətinin uşaq hüquqlarının qorunmasına yönəldilməsi məqsədilə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və UNICEF-in birgə təşkilatçılığı ilə mart ayının 10-da Gəncə şəhər 44 nömrəli məktəb-lisey kompleksində Azərbaycan uşaqlarının IV formunun seçim turu keçirilib.
Adı çəkilən forumda iştirak edəcək şagirdlərin seçim turunda Samux rayon ümumi təhsil məktəblərində təhsil alan 5 şagird də iştirak edib.
Qeyd edək ki, forumlar ölkə üzrə bütün şəhər və rayonları təmsil edən uşaqların iştirakı ilə keçirilir. Ötən müddət ərzində Forumlarda iştirak edən uşaqlar tərəfindən səsləndirilən bütün təkliflər hökumət tərəfindən hazırlanan müxtəlif proqramlarda öz əksini tapıb. Forum həm də əsas verir ki, hər bir uşaq onu düşündürən, narahat edən məsələləri dilə gətirsin, problemlərin birgə həlli yollarını araşdırsın. Məhz bu Forumlar istedadlı uşaqların üzə çıxmasında mühüm rola malikdir.

Keçidlər