Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Heydər Əliyev Mərkəzində “Qəhrəman Anaları” adlı görüş keçirilmişdir.

11 mart 2017 | 16:00

Samux Heydər Əliyev Mərkəzində Samux Rayon Heydər Əliyev Mərkəzi və Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional Ofisinin təşəbbüsü ilə “8 Mart-Qadınlar günü” münasibəti ilə şəhid və itgin anaları, həyat yoldaşları, bacı və qızları ilə görüş keçirilib.

Görüşün təkilatçısı Aygün Həsənzadə  iştirak edən anaları təbrik etmiş, anaların bu gün Azərbycan ailəsinin qədim ənənələrinin, saflığınının qorunmasında, cəmiyyətimizin inkişafında danılmaz rolu olduğunu və qəhrəman oğullarımızı vətənə layiqli övlad kimi yetişdirdiklərini  bildirmişdir. Samux rayon Heydər Əliyev Mərkəzinin rəhbəri Aygün Həsənzadə onu da diqqətə çatdırıb  ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan qadın siyasəti hazırda prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Ölkəmizdə ana, qadın adının həmişə uca tutulduğunu birinci vitse-prezidnt Mehriban xanım Əliyevanın bütün qadınlara örnək olan ictimai-siyasi fəaliyyətini də diqqətə çatdırıb.

Şəhid bacısı Ellada Məmmədova da fikir bildiriərək qadılar adından göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.Tədbirdə qadınlara  Fəxri Fərmanlar  və hədiyyələr verilib.

Keçidlər