Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “8 Mart-Beynəlxalq Qadınlar Günü” qeyd olundu

07 mart 2017 | 16:00

07.03.2017-ci il tarixində Samux rayonunda “8 Mart  Beynəlxalq Qadınlar Günü” münasibəti ilə geniş bayram tədbiri keçirildi.
Bayram tədbirini  giriş sözü ilə Samux rayonu İcra hakimiyyətinin başçısı cənab Alı Qocayev açaraq ilk öncə bu münasibətlə qadınlarımızı təbrik etdi, onlara ən xoş arzularını çatdırdı. Qeyd olundu ki, Ölkəmizdə dövlət qadın siyasətinin əsasını  Ümummilli liderimiz Heydər Əliyev qoymuşdur. Ulu öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Onun dövlət qadın siyasəti haqqında tarixi qərarından məqsəd cəmiyyətdə qadınların rolunun artırılmasına, qadınlarla kişilər arasında bərabərliyin gerçəkləşdirilməsinə, qadınların ictimai-siyasi proseslərə cəlb edilməsinə, qadın problemlərinin həllinə nail olmaq idi. Bu, dövlətin qadınlara münasibətinin, demokratik, bərabər imkanlara malik cəmiyyətin yaradılmasının göstəricisi idi. Dövlət Qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi isə Azərbaycan qadınlarının məsuliyyətini daha da artırır.
Tədbirdə xüsusi ilə vurğulanmışdır ki, Azərbaycan xalqının milli-mədəni irsinin öyrənilməsində, xalqımızın dərin köklərə malik musiqisinin, ədəbiyyatının və mədəniyyətinin təbliğində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini qadınlarımız örnək kimi qəbul edirlər. Biz bu gün fəxrlə bildiririk ki, Samux qadınları da həmişə öz üzərlərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirmişlər. Onlar bu gün ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin fəal müdafiəçiləri və iştirakçılarıdırlar.
Sonra təbrik üçün çıxışlar olmuş və rayonun ictimai-siyasi həyatında  fəal iştirak edən qadınlara Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən gül dəstələri və qiymətli hədiyyələr verilmişdir.

Keçidlər