Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonu M. Xəlilov adına Poylu kənd tam orta məktəbində 23.04.2013 tarixində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 90 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.

24 aprel 2013 | 15:00

Tədbirdə M. Xəlilov adına poylu kənd tam orta məktəbin direktoru Məmmədov Bəxtiyar və məktəbin müəllimləri çıxış edərək, alimin şərəfli ömür yolundan, onun oftalmologiya sahəsində əldə etdiyi uğurlardan və bu sahədə elmə bəxş etdiyi töhfələrindən söhbət açıblar. Qeyd olunub ki, alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və praktik olaraq elm aləmində yeni bir istiqamətin - “peşə oftalmologiyası”nın əsasını qoyub. Çıxış edən M. Xəlilov adına poylu kənd tam orta məktəbin şagirdləri bildiriblər ki, Zərifə xanımın işıqlı obrazı, parlaq xatirəsi daim anılaraq xalqımızın qəlbində əbədi yaşayacaq.

Keçidlər