Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonu üzrə əhalinin tibbi müayinəsi davam etdirilir.

09 mart 2017 | 16:00

   Azərbaycan Respublikasının Prezidentinin tapşırığına və Səhiyyə Nazirliyinin 06.02.2017-ci il tarixli 02-19-694 saylı məktubuna əsasən Samux rayonu üzrə həkim briqadaları yaradılaraq, kəndlərə gediş qrafikləri tərtib edilərək və təşkilati işlər görüldükdən sonra 15.02.2017-ci il tarixdən əhalinin kütləvi dispanserizasiyasına başlanımışdır. Müayinənin başladığı 15.02.2017-ci il tarixdən hazırki vaxtadək 14 (Salahlı, Qarabağlı, İnstitut, Əlibayramlı, Füzuli, Əhmədbəyli, Samux şəhəri, Lək, Qarayeri, Q.Samux, İstixana, Zazalı, Hacallı, Sərkar)  yaşayış məntəqəsi tibbi müayinəyə cəlb edilmiş və 6 (Salahlı, Qarabağlı, Əlibayramlı, Əhmədbəyli, İstixana, Zazalı) yaşayış məntəqəsinin tibbi müayinəsi tam başa çatmışdır.   Müayinələr zamanı 12228  nəfər  tibbi müayinədən  keçmiş  əhalidən, 507 nəfərdə müxtəlif xəstəliklər aşkar edilmiş, 11 nəfər daha dərin müayinə və müalicə üçün  Bakı şəhərinə  , 9 nəfər xəstə isə Samux MRX-na stasionar müalicəyə göndərilmişdir.  Qalan müddət ərzində də tibb kollektivimiz müayinənin daha yüksək səviyyədə aparılmasını  təmin etmək üçün əlindən gələni əsərgəmiyəcək.

Keçidlər