Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun ağsaqqalları ilə görüş keçirilmişdir.

06 mart 2017 | 16:00

06.03.2017-cı il tarixdə Samux  Rayon İcra Hakimiyyəti başçısı aparatında  Samux Rayon İcra Hakimiyyətinin  başçısı cənab Alı Qocayevin rayonun müxtəlif yaşayış məntəqələrini əhatə edən rayon ağsaqqalları ilə görüşü keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Samux Rayon İcra Hakimiyyətinin  başçısı cənab Alı Qocayev bildirmişdir ki, ötən 2016-cı ilin sosial-iqtisadi inkişafı ölkəmiz üçün mühüm əhəmiyət kəsb etmişdir. Çünki bu inkişafın əsası Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdən başlamış, İlham Əliyev cənablarının ölkəyə rəhbərlik etdiyi illər ərzində daha da geniş vüsət almışdır.
Keçirilən görüşdə rayon ağsaqqallarının fikirləri dinlənilmiş, onların yaşadıqları ərazinin sosial-məişət şəraiti öyrənilmiş,  mövcud vəziyyətdə rayonumuzla bağlı tövsiyyə və məsləhətləri dinlənilmişdir.

Tədbirdə çıxış edən rayon ağsaqqalları onlara göstərilən davamlı diqqət və qayğıya görə Azərbaycan dövlətinə, şəxsən cənab Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər