Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Şəhid ailəsinin evinə ziyarət təşkil olundu .

03 mart 2017 | 16:00

03 mart 2017-ci il tarixdə Şəhid Həsənov Asim Tağı oğlunun doğum günü münasibəti ilə Samux Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsi, Gənclər ve İdman idarəsi , Heydər Əliyev Mərkəzi və Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyi Samux rayon bölməsinin iştiraki ilə Şəhid ailəsinin evinə ziyarət təşkil olundu . Həsənov Asim Tağı oğlu 1969-cu il mart ayının 2-də Samux rayonunun Kolayır kəndində anadan olub. Öz doğma kəndində təhsil alan, böyüyüb boya-başa çatan Şəhid 1993-cü ilin iyul ayında Azərbaycana məxsus kənd və qəsəbələrin ermənilər tərəfindən gulləboran edilmesinə, qadın və uşaqların gunahsızcasına həlak olmasına dözməyərək cəbhəyə yola düşmüs, torpaqlarımızın isğaldan azad edilməsi yolunda mubarizəyə qoşulmusdur. Mehriban, səmimi, qayğıkeş bir insan olan gənc 1993-cü ilin dekabr ayının 17-də Murovdağda vəfat etmisdir. Yasadığı küçəyə onun adı verilmişdir. Rayon İcra Hakimiyyəti İctimai Siyasi və Humanitar məsələlər üzrə iş şöbəsinin baş məsləhətçisi Azər Əhmədov, SHXÇDX-nın Samux rayon bölməsinin nümayəndəsi Rüstəm Xudiyev , QMƏVŞAİB-in Samux rayon bölməsinin sədri Mirzəmməd Orucov , Gənclər və İdman İdarəsinin rəis muavini Eynur Fərmanlı və Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə Şəhidin anası və yaxınları ilə Şəhid barəsində, onun göstərdiyi qəhrəmanlıq və fədəkarlıqdan, Qarabağ müharibəsi zamanı baş verən hadisələrdən geniş söhbət açdılar . Qeyd edildi ki, Azərbaycan Xalqı öz Şəhidlərini hər zaman çox böyük hörmətlə yad edir , onların döyüş zamanı göstərdiyi şücaət və qəhrəmanlıq gənclərimiz və ümumilikdə hər kəs üçün igidlik, vətənpərvərlik örnəyidir. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

Keçidlər