Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon Təhsil Şöbəsində növbəti təhsilyanı şura iclası keçirilib

03 mart 2017 | 16:00

Mart ayının 3-də Samux rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərində çalışan məktəb direktorlarının iştirakı ilə təhsilyanı şura iclası keçirilib. İclası giriş sözü ilə Samux RTŞ-nin müdiri Gülağa Hüseynov açıq elan edib. Çıxış zamanı Gülağa Hüseynov şura iclasının gündəliyində duran müzakirə olunacaq məslələr haqqında qısa məlumat verib.
İclas zamanı çıxış edən Samux RTŞ-nin müdir müavini Faiq Həsənov 2017-2018-ci tədris ilində təşkil olunacaq təmayül siniflərin açılması, seçilmiş mərkəzlər həmçinin risk qrupuna düşən məktəblər və adi siniflər açılması gözlənilən məktəblər haqqında geniş məlumat verib. Bundan başqa 2013-cü ildən indiyədək Samux rayon ümumi təhsil məktəblərinin buraxılış imtahanı zamanı əldə edilmiş faiz nisbəti ilə nəticələr haqqında da söhbət aparıb.
Samux RTŞ-nin aparıcı məsləhətçisi Tacəddin Əhmədov İnstitut qəsəbə tam orta məktəbdə olan təmayül sinifdə tədrisin vəziyyəti, şagirdlərin dərsə davamiyyəti ilə bağlı, həmçinin qeyd olunmuş təmayül sinifdə Samux RTŞ-nin əməkdaşları tərəfindən sınaq test imtahanlarının götürülməsi və nəticəsi haqqında məlumat çatdırıb.
Aparıcı məsləhətçi Vüsal Cəfərov Tatlı kənd tam orta məktəbdə RTŞ-nin əməkdaşları tərəfindən tədrisin vəziyyətini öyrənmək üçün aparılmış manitorinq haqqında çıxış edib. Manitorinqin nəticəsi haqqında müzakirə aparılıb. Həmçinin aparıcı məsləhətçi Həşim Hüseynov Qarayeri 1 nömrəli məktəb-liseydə təhsil alan şagirdlərin və sağlamlıq imkanı məhdud şagirdlərin tədrisi haqqında keçirilmiş manitorinqin nəticəsi haqqında məlumat verib.
İclasın gündəliyində duran məsələlərlə bağlı geniş müzakirələr aparılıb, yoxlama aparılmış məktəblərdəki vəziyyətlə bağlı həmin məktəblərin direktorlarına RTŞ-nin müdiri Gülağa Hüseynov tərəfindən xüsusi tapşırıqlar verilib. Sonda qərar layihəsi oxunub.

Keçidlər