Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Samux rayon Təşkilatında hesabat-seçki yığıncaqları davam edir.

01 mart 2017 | 16:00

1 mart 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının Samux şəhər Kolayır ərazi ilk partiya təşkilatının və 3 saylı tam orta məktəb ərazi ilk partiya təşkilatının üzvlərinin iştirakı ilə hesabat-seçki yığıncağı keçirildi.Yığıncaqda YAP Samux rayon təşkilatının məsul işçiləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan 3 saylı tam orta məktəb ərazi ilk partiya təşkilatının sədri Nurlana Həsənova hesabat məruzəsi ilə çıxış edərək ilk partiya təşkilatının fəaliyyəti haqqında məlumat verdi və bildirdi ki, sədrlik etdiyi ilk partiya təşkilatı özündə 45 nəfər partiya üzvünü birləşdirir. İlk təşkilatın üzvləri rayonun ictimai-siyasi həyatında fəal iştirak edir və verilən tapşırıqları layiqincə yerinə yetirirlər.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının aparat rəhbəri Sevinc Xəlilova, YAP Samux rayon təşkilatının fəaliyyətindən danışaraq sənədləşmə, təşkilatın idarə olunması ilə bağlı müəyyən tapşırıqlar verdi və bildirdi ki, ərazi ilk partiya təşkilatları ilə daima sıx əlaqəli işlər aparılır, müxtəlif tədbirlər keçirilir ,partiyaya üzvlərin qəbulunda keyfiyyət prinsipi əsas götürülür.
Yığıncaqda partiya fəallarından Samir Qurbanov , Sənayət Cabbarova və başqaları çıxış edərək 3 saylı tam orta məktəb ərazi ilk partiya təşkilatının sədrinin ötən müddət ərzində görülmüş işlərə dair hesabatını qənaətbəxş hesab etdilər və xüsusilə gənclərin fəaliyyətini yüksək qiymətləndirdilər.
Sonra yığıncaqda təşkilati məsələlərə baxıldı. Mirzəmməd Orucov Samux şəhər Kolayır ərazi ilk partiya təşkilatının yeni sədri və Nurlana Həsənova isə 3 saylı tam orta məktəb ərazi ilk partiya təşkilatının sədri seçildi.
Hər iki təşkilatın yeni idarə heyətinin üzvləri, ilk partiya təşkilat sədrinin müavinləri, Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının VII konfransına nümayəndələr seçildi.

Keçidlər