Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Lək kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.

21 fevral 2017 | 16:00

Samux  Rayon  İcra Hakimiyyətinin  başçısı cənab  Alı Qocayevin rayonun Lək  kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd  sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların  rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Lək kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi vəzifələrini icra edən Qasımov  Xəyal kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi.  Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1.  Həsənov Elmidar Səfər oğlu kənddə 1 ədəd subartezian quyusunun vurulmasını xahiş etdi.
2. Nəbiyev Cahangir Hidayət oğlu kənddə bankomat aparatının qoyulmasını xahiş etdi.
3. Namazov İsmizahid Niyaz oğlu isə yeni yaşayış massivinə qaz xəttinin çəkilməsini xahiş etdi. 
Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi.

Keçidlər