Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il Samuxda 8 yeni subartezian quyusu istifadəyə veriləcək

21 fevral 2017 | 16:00

Kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticənin əldə olunmasında əsas şərtlərdən biri əkin sahələrinin suvarma suyu ilə təminatı məsələsidir.

Samux rayon Suvarma Sistemləri İdarəsinin rəisi Gülağa Bağırov AZƏRTAC-a bildirib ki, ötən il rayonda 41 subartezian quyusu qazılıb, 30-u istifadəyə verilib. Qalan 11 quyudan 8-i bu il yaz aylarında işə salınacaq. Digər 3 quyuda isə işlər davam etdirilir.
Qeyd edək ki, subartezian quyularının qazılıb istifadəyə verilməsi Prezident İlham Əliyevin 2016-cı il 1 iyul tarixli “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına əsasən həyata keçirilir.

Samux, 20 fevral, Rauf Hacıyev, AZƏRTAC

Keçidlər